Lavrov Azərbaycana təklif göndərib

 

Rusiya Xarici İşlər naziri Sergey Lavrov mətbuata Ermənistan və Azərbaycanla bağlı açıqlama vermişdir. O, sonuncu Soçi görüşündə baş tutan razılıq barəsində üstüörtülü açıqlama verib.

Söhbət Azərbaycan və Ermənistan arasında baş tutacaq demilitasiya-demarkasiya işlərindən gedir. Sergey Lavrov sərhədlərin müəyyən edilməsinin bölgəmizdə ən vacib məsələ olduğunu və bunun əsasında uzun müddətli sülhün olacağını qeyd etdi.
Rusiya XİN Ermənistan tərəfinin təklifləri olduğunu və bunu Azərbaycan tərəfinə təqdim etdiklərini bildirib.

Niyə? Ermənistanın təklifini Azərbaycan tərəfi qəbul etməlidir.

Lavrovun son cümləsi isə, bizdə böyük şübhələr yaratmaqdadır. Sanki qalib Ermənistandır və onlar Azərbaycana diktə etməkdədir.
Dünyada belə deyilim var, kim qalibdir tarix və qərarları o yazmalıdır. Lakin anlamaq olmur ki, Azərbaycan hakimiyyəti Ermənistanın təkliflərini niyə qəbul etməkdədir?.

44 günlük Qarabağ müharibəsində xalqımız hər torpağı öz qanı və canı bahasına azad etdi.
30 il Azərbaycanın torpağını işğalda saxlayan Ermənistan, Azərbaycanın hansı təklifinə razılıq verdi?.

Bu gün İlham Əliyev və hakimiyyətinin Qarabağa dair hansı siyasət apardığı və bizi hansı sürprizlər gözlədiyini bilmirik.
Bu gün şəhid verən bizim xalq, qalib kimi isə Ermənistan və Rusiya danışmaqdadır.
İlham Əliyev bütün təklifləri geri çevirməli və qalib kimi öz təklifini irəli sürərək istəyinə nail olmalıdır. Əks – təqdirdə 10 noyabr bəyanatı bizim nəyimizə lazımdır?

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın