LALƏLƏR.

  LALƏLƏR

Yayın ortasında Gəncə çölündə
Çıxıblar yenə də düzə lalələr
Xalqımın ən ağır, çətin günündə
Yetirdi özünü bizə lalələr.

Bu hicran çox çəkdi, nigaran qəlbim
Necə bu həsrətə dözə, lalələr?
Al bayraq üstündə ulduz — hilalın
Gəlməsin heç zaman gözə lalələr.

Vətənimi edir bir çətə viran
Düşmənlə əlbirdir, bu zalım tiran
Mayası çürükdür, zatı Şaumyan
Məqsədi — xalqımı əzə, lalələr.

Qərar verib gələn yoluna qurban
Mənə qardaş deyən dilinə qurban
Bilsək ki, nə vaxtsa darda qalmısız
Biz də yetişərik sizə, lalələr.

Şahin Sirvanlı

Bunu paylaş: