Laçından çıxmaq istəməyən erməniləri Azərbaycan ordusu qarşılayacaqdır!

Ermənistan mətbuatı qeyd edir ki, avqust ayının sonunadək Laçın rayonu və ətrafı Azərbaycan tərəfinə geri qaytarılacaqdır. Bununla bağlı tərəflər arasında Moskvanın vasitəçiliyi ilə danışıqların da olduğu deyilir. Son toqquşmalar da göstərdi ki, Azərbaycan tərəfi 10 noyabr üç tərəfli bəyanatın qanunlarına əməl edilməsində qətidir.

Görünür, rəsmi İrəvan məcburən və Kremlin təzyiqi ilə Laçın şəhəri ilə yanaşı ətraf kəndləri də Azərbaycana geri verəcəkdir.
Lakin hər zaman olduğu kimi erməni xisləti burada özünü göstərməkdədir.
Birinci Qarabağ müharibəsindən sonra Yaxın Şərqdən köçürülən ermənilər kiminlə baş – başa gəldiklərini hələ anlamırlar. Hələ arsızcasına bir neçə il bundan əvvəl köçürülməklərinə baxmayaraq Azərbaycan şəhərləri və kəndlərini özlərinin hesab edirlər. Orada yaşayan ermənilər Azərbaycana qarşı müharibə edəcəklərini və təslim olmayacaqlarını deyərək dünyanın ən güclü ordularından birinə ismarıc göndərirlər.
Anlamırlar ki, qəhrəman Azərbaycan ordusu ora daxil olsa, onlar üçün çox pis olacaqdır.

Bu gün əsl erməni xarakterinin ortaya çıxdığını şahidi oluruq. Günahsız insanlarımızı qətlə yetirərək, onların yurdlarını işğal edən bir kütlə inanırdı ki, etdikləri terror daim işə yarayacaq və Azərbaycanın torpaqlarında özlərinə məskən quracaqlar.

Bu gün etdikləri qətliamların cavabını verməkdədirlər. Ermənilər hələ anlamır ki, “əgər həşərat kiminsə mətbəxində doğulubsa, o demək deyil ki, o mətbəx həmin həşərata tabedir! ”

Hər zaman olduğu kimi qətllər törədərək, daha sonra özlərini yazıq kimi dünyaya göstərən bir kütlə nəhayət, anlamalıdır ki, dünya dəyişib və onların yalanlarına artıq inanmır. Bir sözlə, Laçının təhvil verilməsində erməni separatizmi baş qaldırarsa, Azərbaycan ordusu bir an icində onları məhv edəcəkdir!

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın