Lənkəran İcra Başçısının müavininə cəmi bir maddə ilə cinayət işi açıldı

Bir neçə gün bundan əvvəl daha bir məmur özbaşınalığının şahidi olduq. Buna tək özbaşınalıq yox, həm də qudurğanlıq demək olar.
Söhbət Lənkəran Rayon İcra Hakimiyyəti başçısının müavini Rasilə Arifqızı və həmin rayonun 4 nömrəli humanitar təmayüllü məktəb – litseyin direktoru Yeganə Əsgərovanın törətdiyi cinayət əməlindən gedir.

Hər iki şəxs 9-cu sinif şagirdinə qarşı zorakılıq edərək, ona xəsarət yetirmişlər. Düzdür, faktla bağlı cinayət işi açılsa da, söhbət burada məmurun hərəkətindən gedir.

Görün İcra Başçısının müavini Lənkəran rayonunda necə avtoritetlik edir. Bəlkə də onların əməli ilk deyildir. Sanki xalq yiyəsizdir kimi vətəndaşlarımızla davranmaqdadırlar.

Bu durumda aidiyyəti qurumlar nə edəcəklər?
Vətəndaşlarımız Cinayət Məcəlləsinin 309.1ci ( vəzifə səlahiyyətlərini aşma) maddəsini görəndən sonra bilməlidir ki, bu araşdırma necə aparılacaqdır.
Bir müddət sonra açılan cinayət işi bağlanacaq, Rasilə Arifqızı və Yeganə Əsgərova günahsız elan ediləcəklər.

Məmurların istintaq işinin qeyri- səmimi aparılması indidən aydın olur. Bu cinayətdə iki və daha çox şəxs, bilərəkdən sağlamlığa xəsarət yetirmək, yetkinlik yaşına çatmayan birisinə işgəncə vermək və onu təhqir etmək kimi maddələr istifadə edilməkdədir.
Bir sözlə, Lənkəranda, baş verən bu cinayət işi ölkədə böyük səs – küyə səbəb olmasına baxmayaraq, başladığı kimi də bitəcəkdir. Bunu istintaq işinin gedişatından da görmək olar.

Rəşad Şixəliyev.

Bunu paylaş:

Bir cavab yazın