KXCP Qazax rayon şöbəsinin fəallarına qarşı qara piar kompaniyası aparılır!!!

Partiyamızın fəallarına qarşı aparılan bu qara piar kompaniyasına Cəbhəçi Azər ləqəbli DTX agenti olduğu rayon ictimaiyyətinə bəlli olan Azər Məmmədov və hüquq müdafiəçisi kimi özünü xalqa sırıyan Xamis Məsimov başçılıq edirlər.Onlar bu çirkin işlərini Qabil Məmmədov adlı xəstə təxəyyülü bir blogger vasitəsi ilə edirlər
KXCP Qazax rayon şöbəsi olaraq bildiririk ki,son günlər rayon rəhbərliyi tərəfindən fəallarımıza qarşı qara piar kompaniyası aparılır.Gündən günə bu kompaniya intensivləşir.Ən maraqlısı da budur ki,müxalifət adını istismar edən satqın və agentlərin əli ilə bunu edirlər
Son vaxtlar rayonda əhalinin narazılığı pik həddə çatdığına görə rayon rəhbərliyi xalqın etiraz aksiyalarına başlayacağından narahatdır.Xalqa öndərliyi də KXCP Qazax rayon şöbəsinin edəcəyindən narahat olduqlarına görə hakimiyyət müxalifət adını istismar edən xüsusi şəbəkəni sahəyə sürməyə qərar verib.Əvvəllər də belə hallar olub.Nə zaman KXCP fəalları xalqın önünə keçməyə təşəbbüs göstərsələr Azər Məmmədovun başçılıq etdiyi xüsusi şəbəkə sahəyə sürülür.
Biz KXCP Qazax rayon şöbəsi olaraq rayon rəhbərliyindən tələb edirik ki,bizə qarşı qara piar kompaniyasına son versin,Azər Məmmədovun başçılıq etdiyi xüsusi şəbəkəni sahədən çəksin.Onduz da rayon ictimaiyyəti bu adamların nə mal olduğunu yaxşı bilir

Bunu paylaş: