Kuril məsələsi böyüyür

Dünyada baş verən hadisələr Rusiya- Yaponiya əlaqələrinə birbaşa təsir etməkdədir. Kremlin aqressiv, işğalçı siyasətinə etiraz olaraq Rusiyaya tətbiq edilən sanksiyaları dəstəkləyən Yaponiya Putin hakimiyyətinin qəzəbinə tuş gəlmişdir.

İllərdir ki, Yaponiya və Rusiya arasında Kuril adalarına aid sülh danışıqlarına xitam verilmişdi. Putin hakimiyyəti danışıqların dayandırılmasına səbəb kimi, Tokionun onlara qarşı sanksiya tətbiq etməsini göstərir. Rusiya: “bizə dost olmayan ölkələrlə, sülh danışığı apara bilmərik”,- deyərək, əlaqələri 3-cü dərəcəyə endirmişdir.
Beləliklə, Rusiyanın Ukraynaya qarşı işğalçı siyasəti, öz nöqtəsindən çıxaraq daha geniş təzyiqlərə yol açmışdır.

Qərbin planı sanki Rusiyanı hər tərəfdən mühasirəyə almaqdır.
Bu gün xəritəyə baxsaq, Yaponiya-Rusiya, Ukrayna – Rusiya, Rusiya – Avropa münasibətləri sanki 1941-1945 – ci illərdə baş vermiş ikinci dünya müharibəsini xatırladır.
Kreml rəhbərliyi qeyd edib ki, Yaponiyaya bundan sonrakı xəbərdarlığı daha sərt olacaqdır. Xatırladaq ki, Rusiya Kuril adalarında fəaliyyət göstərən yapon vətəndaşları və şirkətlərinə dərhal həmin bölgəni tərk etmələrini tələb etmişdir. Vəziyyətin getdikcə pisləşəcəyi istisna edilmir!

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın