Kubada vəziyyət Amerika səfirliyinin açıqlamasından sonra dəyişdi

 

İyul ayının 11 – dən etibarən Kubada vəziyyət gərginləşməyə başlamışdır. Xalq Fidel Kastronun varislərinə qarşı ayağa qalxaraq, kommunistlərin ölkədən getməsini tələb edir. Digər tərəfdən, əsas maraqlı məsələ qiyam başlanan gündən Fidel Kastroya sadiq olan generalların müəmmalı ölümləridir. Bu qədər qısa vaxtda ölkənin 6 generalının ölümü hər kəsdə şübhə doğurmaqdadır.

Hər şey necə başladı və Kubada niyə qiyam qalxdı?.

Bildiyiniz kimi, Fidel Kastro hakimiyyətə gəldiyi vaxtdan Amerika ilə əlaqələri dayandırılmışdır. Belə ki, Amerika qitəsində kommunistlərin olması Vaşinqtonu narahat etmişdir. Lakin Fidel Kastro, Rusiyanın köməyi ilə ölkəsini dünyadan təcrid etməyə başlamışdır. Xalq içində böyük hörmətə sahib, xalqın qəhrəmanları olan Fidel və Raul Kastro qardaşları öz imiclərindən istifadə edərək xalqı nəzarətdə saxlayırdılar. Lakin hər şey 2015 – ci ildə Amerikanın Kubada açılan səfirliyindən sonra dəyişməyə başlamışdır.

Fidel Kastro öldü, Raul Kastro isə siyasətdən getdi. Bu vəziyyəti dəyərləndirən amerikalılar ölkə müxalifətini dəstəkləyərək xalqı demokratiya üçün küçələrə çıxartdılar. Dünyada baş verən iqtisadi tənəzzül, Kubaya birbaşa təsir etdi, ölkədəki məhsulların bahalaşmasına gətirib çıxartdı. Bununla da xalq ayağa qalxdı.

Fidel Kastronun generallarının aradan götürülməsi isə, yenidən komitələrin hakimiyyətə gətirilməsinə mane olmaqdır. Bununla da Amerika Kubadakı hakimiyyəti dəyişməyə daha da yaxınlaşdı.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın