KTŞ nədir və o bizə lazımdır?

Salam, əziz həmvətənlərimiz.
Azərbaycan dövləti iki yol ayrıcında qalıb: ya Türkiyə ilə hərbi müqavilə bağlayıb iki yüz illik rus işğalına son qoyacaq, ya da MDB nin Kollektivi Təhlükəsizlik Şurasınına (KTŞ) üzv olub, yenidən Rusiya tərəfindən işğal olunacaq.
Birinci yol İ. Əliyevə, ikinci yol isə xalqa sərf etmir.
Hələ bir neçə il əvvəl hakimiyyətin parlamentdə olan “cib müxalifət”çilərindən biri Qüdrət Həsənquliyev bəzi şərtlər daxilində bizim KTŞ – yə üzv olmağımızı mümkün sayırdı.
Maraqlıdır, nədir bu KTŞ və bu təşkilat bizim xalqın təhlükəsizliyinə təminat verə bilərmi, Qarabağın düşməndən azad olunmasına kömək edə bilərmi, Azərbaycanda xalq hakimiyyətinin bərpasına səbəb ola bilərmi?
Dünən beynəlxalq xəbərlərə nəzər salarkən məlum oldu ki, Putin Belarusiyanın seçilməmiş prezidenti
Lukaşenkonun “xahişi” ilə rus qoşunlarını Belorusiyaya göndərib.
Sən demə, KTŞ – nin nizamnaməsində müvafiq bənd var ki, əgər Lazım gəlsə( nədənsə bu Lazım xalqa lazım olanda yox, ancaq diktatorlar çağlarında gəlir) Rusiya həmin dövlətin ərazisinə daxili münaqişələri (!!!) yatırmaq üçün öz silahlı qüvvələrini yeridə bilər. Buyur, bu da sənə müstəqillik!!! İndi məlum olur ki, bu KTŞ “tələsi” nə üçündür.
Bu günlərdə kimsə biziə hansısa şərtlər daxilində KTŞ – yə üzv olmağımızı təklif edərsə ( bu gözlənəndir) bilin ki, həmin adam bizim müstəqilliyimizin əleyhinədir, yəni Azərbaycan xalqının düşmənidir.
Odur ki, Qarabağ problemi lap yüz il də davam etsə( İnşallah tezliklə milli hökuməti qurub bu məsələni həll edəcəyik) biz KTŞ yə üzv olmamalıyıq, çünki bununla Azərbaycanın müstəqilliyinin üstündən qara bir xətt çəkmək olarıq.

Şahin Sirvanlı

Bunu paylaş: