KTMT Azərbaycana xəbərdarlıq etdi

 

İki gündür ki, Ermənistan mətbuatı Azərbaycan ordusunun 3 km irəlilədiyindən yazır. Aldığımız xəbərə əsasən bu irəliləmə, Azərbaycan – Ermənistan sərhəddində “Qaragöl” istiqamətində olmuşdur. Ermənistan tərəfinin iddialarına görə, ilk gündən “Qaragöl” ün 30 faizi Azərbaycanın nəzarətinə keçmişdir. Lakin erməni deputat və Gorus şəhərinin başçısının müavini Menua Hovsepyanın məlumatına əsasən, artıq dünən bütün göl və ətrafı Azərbaycan Ordusunun nəzarətinə keçmişdir.
Ermənistanın Baş Naziri Nikol Paşinyan bu məsələ ilə bağlı Təhlükəsizlik Şurasını çağırmışdır. O, Azərbaycan tərəfinin bu addımını qəbul edilməz adlandırıb. Həmin toplantıdan sonra Ermənistan ordusuna 1- ci dərəcəli döyüşə hazır ol əmri verilmişdir. Görünür, Paşinyan Azərbaycan – Ermənistan sərhəddinin baza prinsipləri ilə bölünməsinə razı deyil. Hərzamankı kimi, yalandan hay – küy salmağı, dünya icyimayyətin çaşdırmağı xoşlayırlar.

Azərbaycan tərəfi bu barədə rəsmi məlumat yaymamışdır. Bəzi məlumatlara görə isə, Azərbaycan öz sərhəddini peyk izləməsi( naviqator) ilə bərpa etdiyindən, Ermənistan tərəfində narazılıqlar yaradır. Çünki peyklə bölünən sərhəddi ermənilər qəbul etmir. Burda məsələ Azərbaycan torpaqlarının hər qarışının geri qaytarılmasından gedir.

Aldığımız digər xəbərə görə isə, bu problemlə bağlı hər iki tərəfdə diplomatik danışıqlar başlamışdır. Nəticə yaxın günlərdə ictimaiyyətə təqdim ediləcəkdir.

KTMT-dəki daimi nümayəndə Viktor Biyaqov Bakıya xəbərdarlıq edərək, Azərbaycan ordusunun Ermənistan torpaqlarından çıxmasını tələb edib. O, münaqişənin alovlanmasında bütün məsuliyyətin Azərbaycanın üzərinə düşdüyünü bildirmişdir.

Mikayıl Əsədov.

 

Bunu paylaş: