Kremlin tənqidçisi Navalnı Moskvada tutuldu

Rus müxalifət lideri Aleksey Navalnı bazar günü Almaniyadan qayıtdıqdan sonra Moskva hava limanında tutuldu. Dövlət qurumları onun bir neçə dəfə vaxtından əvvəl şərti azadlığa buraxılması və şərti həbs cəzasının müddətinə görə tutulduğunu bildirirlər. Məhkəmə onun işi ilə bağlı qərar qəbul edənə qədər həbsdə saxlanılacaqdır.

Prezident Vladimir Putinin ən qəti düşməni olan Navalnı, əvvəlki beş ayı ona qarşı Kremlin vasitəçiliyi ilə baş tutmuş hücumdan sonra Almaniyada keçirmişdi. Navalnı öz iradəsi ilə Berlini tərk etməyə qərar verdi və Almaniyadan getmək üçün heç bir açıq təzyiqə məruz qalmadı.. Navalnını daşıyan təyyarə Rusiya paytaxtına təyin olunduğundan fərqli bir hava limanına endirildi.Bu,  Navalnının qayıtmasına şahid olmaq istəyən jurnalistləri və tərəfdarlarını üstələmək cəhdi idi .

 

Rusiya məhkəməsi onun 2014-cü ildə mənimsəmə ittihamı ilə aldığı şərti cəzanın şərtlərini pozduğunu söyləyərək həbs qərarı çıxardı; Navalnının 3 1/2 illik şərti cəzasını gerçək cəzaya çevirməsini tələb etdi.Avropa Birliyi, Litva, Latviya, Estoniya Navalnının həbsindən sonra Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etməyə çağırdı.

Bunu paylaş: