Kreml Tokayevi sui-qəsdlə reklam edir…

Qazaxıstan Xüsusi Xidmət Orqanlarının yaydığı məlumata görə , onlar Prezident Kasım-Jomart Tokayevə qarşı sui-qəsd planlaşdıran Xarici Kəşfiyyat Agentini saxlamışlar. Tokayevin xüsusi xidmət orqanları qeyd edir ki, həbs etdikləri şəxs xarici ölkə vətəndaşıdır və ölkədə prezidentdən başqa bir neçə yüksək rütbəli şəxsə qarşı da sui-qəsd planlaşdırırmış. Bir sözlə, Qazaxıstan prezidenti kimlərəsə maneçilik törətməkdədir. Bir neçə gündən sonra Tokayev hökuməti, bu sui-qəsdin Qərb ölkələri tərəfindən edildiyini qeyd etsə, təəccüblənməyin.

Tokayevə sui-qəsd etmək qeyri- mümkündür, sadəcə Kremlin ilk sınaqlarıdır.
Hömətli oxucular, Qazaxıstanda baş vermiş hadisənin, illər öncə Azərbaycan versiyası işıq üzü görmüşdür. Xatırladınızsa, Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra, oxşar sui-qəsdlər Azərbaycanda da, baş verməkdə idi. Bir gün körpüyə, bir gün yola bomba qoyulur, bir gün ağır yüklü avtomobil Heydər Əliyev avtomobilinin üzərinə gəlir və s.
Bunlar hamısı Kremlin əl işləridir ki, yeni prezident haqqında insalar həyəcanlı anlar yaşasınlar. Guya çox güclü və əyilməz, xalqın qədrini bildiyindən ona qarşı sui-qəsdlər hazırlanmaqdadır.

Əlavə etmək istərdik ki, diktator prezidentlər özləri ilə çoxlu sayda cangüdən gəzdirməkdədirlər.
Qazaxıstanda baş verən prezidentə sui-qəsd hadisəsi, sadəcə gülməli bir oyundur.
Əgər Tokayevin ucu – bucağı bilinməyən cangüdənlərlə dolu avtomobil karvanını görsəniz, bu dəfə özünüz qərar verərsiniz.
Bir nəfərin gəlib orada sui-qəsd hazırlaması da mənasızdır.
Bir sözlə, Kreml Tokayevi reklam etmək üçün hər cür cildə girməyə hazırdır.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın