Kreml Ayaz Mütəllibovun dəfnində özünü göstərdi!

Azərbaycanın ilk Prezidenti Ayaz Mütəllibovun ölmü ilə əlaqədar, vitse-prezidenti Mehriban Əliyeva onun dəfni ilə bağlı bütün işləri öz üzərinə götürmüşdür. Mehriban Əliyevanın göstərişi ilə, Ayaz Mütəllibovun cənazəsi “Heydər” məscidinə, ordan da birinci fəxri xiyabana aparılaraq orada basdırılmışdır.

Media orqanlarına məlumat verən sabiq prezidentin köməkçisi Qulu Həsənoğlu Mehriban Əliyevaya gördüyü dəstəyə görə minnətdarlığını bildirmişdir.

Fikir versəniz, “Xocalı soyqırımı” nın səbəbkarlarından olan Ayaz Mütəllibovu Əliyevlər ailəsi necə müdafiə edir.
Hömətli Azərbaycan xalqı, diqqət yetirsəniz görərsiniz ki, sabiq prezidentimiz Əbülfəz Elçibəyə qarşı Əliyevlər ailəsi heç vaxt bu tərzdə yanaşmayıb. Müqayisə etsək, Əbülfəz Elçibəy Naxçıvanda yaşayanda evlərinin yanında çoxlu sayda polis postları qurulmuşdur. Görünürdü ki, Heydər Əliyev hakimiyyəti sabiq prezidentin varlığından çox narahat idi.

Lakin Xocalı Soyqırımının günahkarlarından olan Ayaz Mütəllibov İlham Əliyevin dəvəti ilə Azərbaycana gəlir və burada hər cür dövlət təstəyi altında yaşamağa başlayır. Bu gün də təmtəraqlı şəkildə son mənzilə yola salınır.

Hörmətli Azərbaycan xalqı, sizcə niyə, Mehriban Əliyeva Ayaz Mütəllibovun dəfn mərasimini öz üzərinə götürüb?
Bu sualın cavabı Kremldir…
Hər iki tərəf Moskvanın agentləridir. Dediyiniz “5 ci kolon” öz yerin göstərməlidir. Bu gün Azərbaycanın vitse-prezidenti Mehriban Əliyeva öz missiyasını yerinə yetirməkdədir. Bir daha kimə tabe olduqlarını açıq şəkildə nümayiş etdirməkdədirlər!

Xatırladaq ki, Ayaz Mütəllibov 1991-ci il sentyabrın 8-dən 1992-ci il martın 6 – na kimi Azərbaycan Respublikasının Prezidenti olmuşdur. 1992 – ci il fevralın 25-dən 26-na keçən gecə (erməni və rus ordusu tərəfindən) Xocalıda törədilən qətliama görə birbaşa məsuliyyət daşıyırdı.

Rəşad Şixəliyev.

Bunu paylaş:

Bir cavab yazın