Kral Salman Səudiyyə Ərəbistanının gələcəyini Türkiyəyə tapşırır?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Səudiyyə Ərəbistanına səfəri mühüm hadisələrlə yadda qalmışdır. Çoxları bu səfərin dini olduğunu desə də, əsl məqsədin başqa olduğunu gördük. Türkiyə prezidenti Rəcəb Tayyib Kral Salmanla görüşə demək olar ki, bütün komandası ilə getmişdi. Xarici İşlər naziri, Müdafiə naziri, Milli İstikbarat Təşkilatının rəhbəri və s…

Xatırladaq ki, bir neçə ay əvvəldən Türkiyə prezidenti Səudiyyə Ərəbistanında rəsmi səfərdə olmuş və iki dövlət arasında mühüm addımların atılacağını bildirmişdir.

Niyə Kral Salman üçün Türkiyə və Ərdoğan bu qədər vacibdir? Deyə bilərik ki, illərdir bəzi qüvvələr Ankara və Ər-Riyadın arasına girməyə çalışırlar. Görünür, Krallığın bu gün və gələcək vəziyyəti əməlli – başlı götür-qoy edərək Türkiyə ilə yaxınlaşmağın vacibliyini anlayıb.

Kral Salmanın son vaxtlar Qərblə də Türkiyəyə görə münasibətlərində soyuqluq hiss edilir. O, çox gözəl anlayır ki, Səudiyyə Ərəbistanının təhlükəsizliyi yalnız Türkiyə ilə yaxınlaşmaqdan keçir.

Varisi Şahzadə Məhəmməd Bin Salman gələcəkdə Kral Salmanın yerinə keçəcəkdir. Dünyada baş verən siyasi gedişlər və geopolitik oyunlar Səudiyyə Ərəbistanına da təsirsiz ötüşməyəcəkdir. Bu səbəbdən yeni Kralı yalnız Türkiyə qorumağa qadirdir. Çünki indiki Kral çox gözəl anlayır ki, onun taxtdan getməsindən sonra kənar qüvvələr Səudiyyə Ərəbistanını da hədəf alacaqlar. Bu zaman şahzadənin yanında olan və onu müdafiə edə biləcək tək ölkə Türkiyə olacaqdır.

Səudiyyə Ərəbistanı Türkiyə iqtisadiyyatına milyardlarla sərmayə qoymaq fikrindədir. Digər tərəfdən Ər-Riyad Türkiyə istehsallı müasir silahları da almağı düşünür. Bu günə kimi Amerikadan aldığı 100 milyardlarla dəyərindəki hərbi texnikaların Yəmən müharibəsində zibilliyə necə atıldığını da gördük. Beləliklə, son bir neçə ayda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Səudiyyə Ərəbistanı Kralı Salmanla görüşməsi, aralarındakı tərəfdaşlıq əlamətlərinin sürətlənməsinin göstəricisidir. Bölgənin iki böyük ölkəsi yeni alyans yarada biləcəklərini düşünürlər.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın