Korrupsiya ilə mübarizənin ən yaxı tərəfi, İlham Əliyev və hakimiyyətinin istefasıdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-2026 – cı illər ərzində “Milli Fəaliyyət Planı” nı təsdiqləyərək “Korrupsiyaya qarşı mübarizə” nin güclənməsinə dair Sərəncam imzalamışdır. Ölkə Prezidentinin sərəncamına əsasən dövlət strukturlarında, qurumlarında, müəssisələrində , bir sözlə — büdcədən maliyyələşən bütün orqanlarda korrupsiyaya qarşı mübarizənin güclənməsi nəzərdə tutulur.
İlham Əliyev sərəncam imzalamaqla ölkədə korrupsiyaya qarşı mübarizə aparmağın yolunu çox yanlış düşündüyünü deyə bilərik.

İlk öncə, bu cinayətin hardan yarandığını və ona qarşı mübarizənin necə aparıldığını bilmək lazımdır.

Azərbaycanda korrupsiyanın, rüşvətxorluğun yox olmasının bir yolu vardır; Bu yol İlham Əliyev və hakimiyyətinin tam istefasından keçir. İlk öncə yuxarıda oturanların Azərbaycan xalqının budcəsini necə taladıqlarını görürük. Başda İlham Əliyev və məmurları xalqımızın gəlirlərini korrupsiya vasitəsi ilə mənimsəməkdədir.

Sadə bir nümunə…
İlham Əliyev hər il dövlət büdcəsindən yol tikintisinə milyardlarla pul ayırmaqdadır. Sizcə, niyə?
Çoxları bunu ölkədə gedən inkişafla bağlasa da, əsl səbəb korrupsiyadır. Hansısa bir yolun tikintisi bitməmiş, həmin yolun çəkilmiş digər tərəfi məhv olur. Bu da onu göstərir ki, yol tikintisi çox bahalı olduğundan, büdcəni həmin hissəyə yönəltməklə asanlıqla korrupsiya vasitəsi ilə xalqın gəlirlərini talamaq olar.

Digər tərəfdən, əvvəlki məqalələrimizdə qeyd etdiyimiz kimi, İlham Əliyev korrupsiya və rüşvətxorluğa qarşı mübarizə elan etdiyi zaman, məmurlar tərəfdən tələb olunan vəsait 2-3qat artmağa başlayır. Yəni ilham Əliyev rüşvət və korrupsiyanın dəyərini şişirtmək üçün ara-sıra bu cür çıxışlar etməkdədir. Bir sözlə, Azərbaycan prezidentinin Sərəncamının özünə və məmurlarına aid olduğunu demək olar.
İlham Əliyev illərdir ki, bu sözləri təkrarladıqca ölkədə korrupsionerlərin və rüşvətxorların sayı artır. Əgər ölkə başçısı həqiqətən də bu problemlərlə mübarizə aparmaq istəyirsə, ilk öncə özündən və yaxınlarından başlamalıdır!

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın