Karonovirusla bağlı Azərbaycan həqiqətləri

İndi deyəcəm, yenə mən pis olacam. Baxıram, bir çox tanınmış jurnalistlər, məmurlar insanları karonavirusa qarşı məsuliyyətsiz yanaşdığına görə günahlandırırlar. Koronavirusun ölkədə belə geniş yayılmasına görə heç kim xalqı, adi insanları qınaya bilməz. Xüsusən də jurnalistlərin, millət vəkillərinin və digər məmurların buna haqqı yoxdu. Çünki hələ COVİD-19 ölkəyə təzə gəldiyi vaxt, Avropada yoluxmalar yuxarı həddə olanda bizim jurnalistlər, məmurlar başladılar yaltaqlanmağa:
– Cənab Prezidentin sayəsində koronavirus bəlasından xilas olduq!
– Prezidentimizin müdrikliyi hesabına ciddi ziyan görmədik!
– Prezidentimizin uzaqgörən siyasəti nəticəsində digər ölkələrdən daha az yoluxma bizdədir!
Hətta Prezidentə “Milli Qəhraman” adı verilməsini təklif edən millət vəkili də oldu deyəsən.
Bütün kanallar bu şəkildə xəbərlər verdi və xalq rahatladı.
İndi hansı üzlə camaatı qınayırsız?
“Sabunlanmağa”, yaltaqlanmağa belə tələsib, gələcəyi düşünməyən siz, günahkar olan isə xalq?
Niyə?
Elə ən böyük günah, səhv sizin bu yaltaqlığınızdadır. Bu xalqın başına nə bəla gəlirsə, elə bu cür yaltaqlara görə gəlir.
Məmurlar, jurnalistlər, media və dövlət işçiləri, xalqa ağzınıza maska taxın deməzdən əvvəl, üzsüzləşən üzünüzdəki milyonlarla maskanızı cırın. Bəli, karonavirus qorxuludur, ama siz daha təhlükəlisiz. Xalqımız sizin kimi virusdan qurtulsa, koronavirusdan daha daha asan və daha tez qurtular…

Bunu paylaş: