Kor kəlin islah olunması

 

Deyilənə görə, Paşinyan Türkiyə və Azərbaycan ilə komunikasiyaların açılmasının, qonşularla münasibətilərin normallaşdırımasının zəruri olduğunu bəyan edib. Ermənilər hiyləgərdir, amma ola bilsin ki, onların Ermənistanda olan dərin iqtisadi böhrandan çıxmaq üçün başqa yolları yoxdur…

Yadıma uşaqlıq dövründə olan bir hadisə düşdü.
Hələ kolxozda yük maşınları az olan vaxtlarda arada kəl arabalarından da istifadə edirdilər.
Bizim kənddə də arabaya qoşulan bir cüt kəl var idi. Kəlin biri kor idi, amma bu onun işləməsinə mane olmurdu. Gözü olan kəl boyunduruqda onu yola verirdi.
Bir gün kimsə bu kəlləri döyüşdürərək əylənmək qərarına gəlir. Kəllər döyüşə – döyüşə yaxında olan dərəyə düşürlər və əsil tamaşa da bundan sonra başladı. Qısa müddət ərzində tamaşaya yüzlərlə insan yığıldı. Bir müddətdən sonra, artıq döyüşən heyvanların sağlamlığına ciddi xəsarət yetirəcəyini duyub, hamı kəllərin aralanması üçün səy göstərməyə başladı. Kimi kəlləri nə iləsə vurdu, kimi onların üstünə isti su tökdü, hətta qonşumuz məşəllə kəlin arxa ayaqlarının arasından yandırsa da xeyri olmadı.

Bu zaman rəhmətlik atam əlinə bir dəyənək götürüb kor kəlin ən ağrılı yeri olan burnunun üstünə tutarlı bir zərbə endirdi. Kor kəl ağrının təsirindən əvvəlcə burnunu yuxarı qaldırdı, sonra başını silkələyərək qaçdı. Bununla da tamaşa qurtardı.
Hər dəfə Şuşada rəqs edib, Azərbaycan xalqını aşağılamağa çalışan Paşinyanın simasında ermənilərin belə rəzil günə düşməsini görəndə bu hadisə yadıma düşür.
Belə aydın olur ki, “kor kəlin” burnunun yaxşı bir kötəyə ehtiyacı var imiş. Bu kötəyi onlara Azərbaycan əsgəri vurdu.

Tərtər qətliamını törədənlər, sifariş verənlər, bu işi təşkil edənlər, bu işə məsul olanlar, başda Azərbaycan hökuməti olmaqla, özlərini hələ də “kor kəl” kimi aparırlar.
Belə görünür ki, onların burnunun Xalq “dəyənəyinə” ehtiyacı var.

Şahin Şirvanlı.

Bunu paylaş:

Bir cavab yazın