Komunist qardaşlar.

09.08.2020 tarixində Belarusiyada keçirilən prezident seçkilərində Belarus “padşahı” Lukaşenko növbəti dəfə 80 faizdən çox səs toplayaraq özünü prezident elan etmişdir.
Təbii ki, burdakı seçkilərin də 80 faiz səsi Azərbaycanın təcrübəsindən istifadə edərək, hətta ,Azərbaycanın nümayəndə heyyətinin də iştirakı olmaqla „Öz Padşahlığını”qeyd etmişdir. Seçkilər bitdikdən sonra xalq meydanlara axışmış və padşah Lukaşenkonun istefasını tələb etmişdir. Lakin Belarusiyanın polisi yenə də Azərbaycan hakimiyyətinin “böyük təcrübəsindən istifadə edərək”, xalqı silah gücünə dağitmağa çalışmışdır.
Bir gün sonra xalq yenidən meydanlara axışmış və Lukaşenko silahlı qüvvələrini xalqa qarşı istifadə etmişdir. Belarus və Azərbaycan hakimiyyətinin öz xalqlarına qarşı əkiz siyasətlər və Avropada insan haqlarının pozulmasında yan-yana durmaları buna bir sübutdur. Yəqin ki, həm Belarusiya, həm də Azərbaycan hakimiyyətləri zamanlarının azalmasını hiss etmişlər.

İmza; Mikayıl Əsədov.

Bunu paylaş: