KLASSİK XALQ CƏBHƏSİ PARTİYASININ BƏYANATI

10 Noyabr 2020-ci ildə, Klassik Xalq Cəbhəsi Partiyası İdarə
Heyətinin növbədən kənar yığıncağı keçirilmişdir. Yığıncaqda,
Azərbaycan Respublikasının prezidenti İ.Əliyevin, N.Paşinyanın və
V.Putinin 10 noyabr 2020-ci il tarixli Bəyanatı müzakirə edilmişdir.
Klassik Xalq Cəbhəsi Partiyası, sülhməramlı qüvvələr adı altında rus
ordusunun Azərbaycanı yenidən işğal etməsini qətiyyətlə pisləyir.
Ermənistanın hərbi müttəfiqi və havadarı olan rus ordusunun
Azərbaycan ərazisinə gətirilməsini şəhidlərimizin ruhuna xəyanət,
respublika konstitusiyasına zidd hesab edir.

Bunu paylaş: