KLASSİK XALQ CƏBHƏSİ PARTİYASI

26 Oktyabr 2020-ci ildə, Klassik Xalq Cəbhəsi Partiyası İdarə
Heyətinin növbəti yığıncağı keçirilmişdir. Yığıncaqda qərarların icra
vəziyyəti, ictimai-siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari
məsələlər müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmişdir.
İdarə Heyətinin yığıncağında, Azərbaycan Ordusunun son bir
ayda qazandığı qələbələrin minnətdarlıq hissi yaratdığı, hər bir
əsgərin və zabitin bütün Azərbaycan vətəndaşları üçün qürur
mənbəyinə çevrildiyi, cəmiyyətdə milli ruh yüksəkliyi yaşatdığı
xüsusi qeyd olunub.
KXCP, mövcud vəziyyətdə ordunun təhlükəsizliyinə və
əməliyyatların gizliliyinə xələl gətirəcək hər bir hərəkət, paylaşım və
xəbərləşmədən çəkinmək üçün, bir daha vətəndaşlara müraciət edir.
Son günlər 3-cü dəfə elan olunan və hər dəfə insanlıq
düşməni olan haylar tərəfindən pozulan, dinc əhali arasında daha
çox qətllərə səbəb olan “humanitar atəşkəslərin” nəticələri haqlı
etiraz doğurur.
Danışıqlar yolu ilə ərazilərin bir qisminin geri qaytarılması
mümkün olsa da, reallaşması şübhə altındadır. Qələbəni ancaq
şanlı Azərbaycan Ordusu təmin edəcəkdir. Bu İlahi və doğal
missiyanı Milli Ordu ləyaqətlə yerinə yetirəcəkdir.
İdarə Heyətinin yığıncağında, Rusiya və Fransanın son
hadisələrlə bağlı fəaliyyəti şiddətlə qınanılmış, onları prosesdən
kənarlaşdırmaq istaqamətində səyləri gücləndirmək arzu edilmişdir.
Fransa prezidentinin İslama qarşı son çıxışları, Rusiya və Fransanın
Azərbaycanın işğal olunmuş ərazilərində anti-terror əməliyyatları
aparmasına münasibətləri ilə bağlı, bu iki ölkənin səfirliklərinə
etiraz müraciətləri ünvanlamaq məqsədəuyğun sayılmışdır.
İdarə Heyətinin yığıncağında, Azərbaycana qarşı son günlərdə
artan təzyiqləri nəzərə alaraq, ictimai-siyasi qüvvələrin milli
maraqlar, ərazi bütövlüyü və toxunulmazlığı, işğalçıların hərbi
qüvvələrinin məhv edilməsi istiqamətində dövlətə, Milli Orduya
ifadə olunan dəstəyin Qələbəyə qədər davam etdirilməsi ilə bağlı
müraciət məqsədəuyğun sayılmışdır.

Bunu paylaş: