Kimsəsiz “Sovetski” sakinləri.

Hörmətli oxucular dünən Yasamal rayonunda keçmiş Sovetski adlanan ərazidə yaşamış bir qrup sakinlər etiraz aksiyası keçirmiş. Etirazın səbəbi oradan köçürülmüş sakinlərin dövlətdən almalı olduqları kompensasiyaların nəzərdə tutulan məbləğlərin hələdə verilməməsidir.
Yəni etirazçıların sözlərinə görə bir qrup məmur insanlara ayrılan məbləğin böyük hissəsini mənimsəyiblər. Çox təəssüf ki, Azərbaycan da rüşvətxor və korrupsioner məmur özbaşnalığı davam edir. Sonunda etiraz aksiyası polis tərəfindən dağıdılmışdır.

İmza; Mikayıl Əsədov.

Bunu paylaş: