Kimlərsə “Tarif Şurası”- nın əli ilə, İlham Əliyevə qarşı daxildə üsyan yaratmaq istəyir

Tarif Şurasının bir müddət əvvəl yanacağın qiymətinin qalxmasına etiraz etməsi göründüyü kimi, xalqın başını qatmaq idi. Bir müddət sonra isə Tarif Şurası özü təbii qazın, suyun, gediş haqları və.s. kimi sosial xərclərin də qiymətini artırmışdır. Bu artımda görünməyən bir siyasi məsələ vardır. Bu məsələyə bir azdan qayıdacayıq.
İndi isə Azərbaycan Republikasının bəzi Millət Vəkilləri TŞ-nı qınağa tutmaqla, ölkə daxilində “rezonans” yaratmağa cəhd edirlər. Yaxşı olardı ki, deputatlar hansısa oyuncaq qurumu ittiham etməkdənsə, İham Əliyevdən bunu tələb etsinlər. Deyəcəklər ki, ölkə başçısının bundan da xəbəri yoxdur.


Yuxarıda qeyd etdiyim əsas məsələ isə budur; Keçmiş Prezident Aparatının rəhbəri bu vəziyyətdən məharətlə istifadə edir- Söhbət Ramiz Mehdiyevdən gedir. Ramiz Mehdiyev siyasi gediş edərək Tarif Şurasının əli ilə xalq və İlham Əliyev arasında narazılıq yaratmaq istəyir. Diqqət: Azərbaycanda “Klan”-lar arasında çox mühüm müharibə başlamışdır. Bəziləri deyəcək ki, Ramiz Mehdiyevin səlahiyyətləri əlindən alınıb və tək AMEA-da fəaliyyət göstərir. Əlbəttə, keçmiş kommunist səlahiyyətlərini itirsə də, lakin məmurlar arasında böyük çəkiyə malikdir. Araşdırmalarıma görə, mən sizlərə Tarif Şurasının üzvlərinin kimlərdən ibarət olduğunu sizlərə təqdim edəcəm. Həmin siyahıdakıların 80% -dən çoxu Ramiz Mehdiyevin sadiq adamlarıdır.


Ola bilər ki, yaxın zamanda Tarif Şurası ya ləğv edilsin, yaxud şəxsi heyəti dəyişdirilsin.

 

Tarif Şurasının üzvləri:

Azərbaycan Respublikası Maliyyə nazirinin müavini – Azər Bayramov
Azərbaycan Respublikası Vergilər nazirinin müavini – Sahir Məmmədxanov
Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini – Toğrul Musayev
Azərbaycan Respublikası Energetika nazirinin müavini – Gülməmməd Cavadov
Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar nazirinin birinci müavini – Əli Abdullayev
Azərbaycan Respublikası Kənd təsərrüfatı nazirinin müavini – İlham Quliyev
Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini – Elsevər Ağayev
Azərbaycan Respublikası Təhsil nazirinin müavini – Firudin Qurbanov
Аzərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi nazirinin müavini – Anar Əliyev
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini – İsmayıl Hüseynov
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini – Dövlətxan Dövlətxanov.

Mikayıl Əsədov.

Bunu paylaş: