Kimdə nə çatışmırsa…

 

Hörmətli oxucular , sizlərə Azərbaycanda insanların xalqa xidməti olmadan necə təltif edildiyini bildirmək istərdik. Bu baxımdan, bircə “Şərəf ordeni” almayan Bəylər Eyyubov qalmışdı, onu da İlham Əliyev sərəncama əsasən təltif etdi. Ölkədə gedişat bunu göstərir ki, ölkə başçısı kimi “işdən” çıxarmaq istəyirsə, ilk öncə yedirdir, sonra təltif edir, sonda isə həbs edir. Elə bunu əvvəlcədən elə edin ki, həm məsuliyyətli xidmət etsin, həm də həbs olunmasın. Amma işin başqa tərəfi var. Görünən budur ki, İlham Əliyev- ətrafındakılara inanmır və bu gedişlə sanki xalqa nəsə çatdırmaq istəyir. Əlində “Sübutlar” saxlayır ki, ,sabahısı gün tutduranda desin ki, sənə güvənib medalla təltif etmişdim,amma sən nankorluq etdin.

Yaxşı taktikadır, amma hara kimi?
Əziz xalqım, öz aramızdı, prezident İlham Əliyev 44 günlük müharibədə şücaət göstərən əsgərlərimizin bir qisminə sadə bir “Medal ” belə vermədi. Başqa cür desək, ölkədə şərəf və ləyaqətin bu cür aşağılanması qəbul edilməzdir. Yəni vətən uğrunda canından keçən əsgərlərimiz təltif edilmədiyi halda, isti yerində oturub müharibəni seyr edən məmurlar orden və medal ilə təltif edilir.


Fikir verin, niyə bu hakimiyyət xalqın pullarını oğurlayanları, rüşvətxor, korrupsioner məmurları təltif edir? Niyə Azərbaycanda hər şey tərsinə çalışır? Niyə axı…
Bəlkə xaricdə “papa” hesabına dolanan məmur balalarını da təltif edəsiniz. Doğru sözü deyənlərə həbs, kasıb balalarına isə ön cəbhədə xidmət etmək düşür….Əsl nankorluq bax, budur. Bu hakimiyyət bu yazıq xalqı hara aparır?

Rəşad Şıxəliyev.

 

Bunu paylaş: