Keyfiyyətsiz yanacaq və hakimiyyət

 

Kasıbın illərlə arzusunda olduğu, qəpik – qəpik yığaraq, ,borc alaraq, bankdan kredit götürərək, evini girov qoyaraq aldığı avtomobil sevinci yarımcıq qalmaqdadır. Söhbət ölkədə satılan keyfiyyətsiz yanacaqlardan gedir. yanacaqdoldurma məntəqələri keyfiyyətsiz yanacaq satmaqla insanların arzusunu ürəyində qoyur. Düz təxmin etmisiniz- yanacaqdoldurma məntəqələrində satılan yanacağın aqibəti olduqca bərbaddır. Azərbaycan neftinin keyfiyyəti dünyada ən yaxşılardan olsa da, lakin yanacağı keyfiyyətsiz etməklə hakimiyyət imkansız xalqa əlavə problemlər yaradır.


Müştərilərin haqlı şikayəti əsasında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli də məsələyə aydınlıq gətirərək, məlumatı təsdiqləyib. Avtomobil yanacağının keyfiyyəti ilə bağlı aparılan monitorinqlər isə buna canlı sübutdur. Yanacağın tərkibi keyfiyyətsiz kənarlaşmalardan ibarətdir. Bu baxımdan da tez bir zamanda tədbirlər planı hazırlanmalıdır.

Plan hazırlanana qədər olanlar kasıba olacaq. Benzin əvəzinə, avtomobilin bakına yanacaqdan başqa tərkibi bilinməyən nələr vurulur. Təbii ki, bu iş də planlı şəkildə, yuxarıda qeyd etdiyimiz kimi, kimlər tərəfindənsə həyata keçirilir. Nəzarət komissiyası isə öz rüşvətinə görə bu keyfiyyətsizliyə göz yumur. Yanacağın tərkibinə qaz, benzol kimi qatqılar vurularaq, yanacaqdoldurma məntəqələrinə daşınır və oradan da müştərilərə satılır. Yazıq kasıb avtomobili hər 2-3 aydan sonra usta yanına aparmağa məcbur olur. Avtomobilə baxış zamanı bir neçə ehtiyat hissəsi yeniləri ilə əvəz olunur. Təbii ki, insalar bu halda da boş xərc və əlavə vaxt itirir. Qeyd etmişdim axı, Azərbaycanda hər şey planlı şəkildə aparılır.

Yanacaq almaq bir xərc, ehtiyat hissələri almaq bu ikinci xərc.. .Nə olur kasıba olur . Bu da öz növbəsində monopoliyaçıların işinə yarayır. Yanacaq satan və ehtiyat hissələri ilə təmin edən şəxslər arasında razılaşdırılmış PLAN bundan ibarətdir …hər vəchlə millətin cibini soymaq…hakimiyyətin xarakterinə xasdır.

Rəşad Şıxəliyev.

 

Bunu paylaş: