Keçmiş vəzir həbs edilə bilər

Azərbaycan prezidenti İlham Əliyevin keçmiş ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycana gətirilib. O, bir müddət əvvəl sağlamlığı ilə əlaqədar müalicə almaq üçün Türkiyəyə getmişdi. Əli Həsəsovun deportasiya edilməsinin səbəbi, bir müddət əvvəl KİVDF -nın rəhbəri Vüqar Səfərlinin həbsi ilə əlaqədardır. Ola bilər ki, Əli Həsənov da və Vüqar Səfərli kimi dövlət büdcəsindən pulların mənimsənilməsi ilə əlaqədar istintaqa cəlb edilsin. Vüqar Səfərli Əli Həsənovun ən yaxın tərəfdaşı sayılır. Büdcədən ayrılan 5 milyon manatın istintaqı hələ ki davam edir. Hər kəs gözəl anlayır ki, bu həbslərdə söhbət 5 milyon manatdan getmir . Bu cür vəzifələrdə işləyən məmurların hər biri milyon yox ,artıq milyardlarla danışırlar. Əsas məsələ isə başqadır, hədəf keçmiş Prezident Aparatının rəhbəridir.


İlham Əliyev hakimiyyəti bu korrupsiya qalmalından sonra Ramiz Mehdiyevə qarşı hələlik yumşaq davranır. Bu hadisə göstərir ki, İlham Əliyev hakimiyyəti Ramiz Mehdiyevin həbsi üçün böyük plana start vermişdir. Əgər yaxın vaxtda Əli Həsənov həbs edilsə, Ramiz Mehdiyev Rusiyaya qaçmadan həbs edilməlidir. Xatırladaq ki, Ramiz Mehdiyevin sağ əli Əli Həsənov sayılırsa, Əli Həsənovun da sağ əli Vüqar Səfərli olmuşdur.

Mikayıl Əsədov.

Bunu paylaş: