Kamran Əliyevdən bir tərəfli qərar

 

Azərbaycanın Baş Prokuroru Kamran Əliyev korrupsiyaya dair açıqlama vermişdir. Kamran Əliyevin sözlərinə görə, sosial şəbəkələrdə baş verən korrupsiya məlumatları araşdırılacaqdır. Baş Prokuror daha sonra əlavə edib ki, vətəndaşların müraciəti və şikayətləri də cavabsız qalmayacaqdır. Təbii ki, bu qərarın nə dərəcədə icra olunacağını yalnız zaman göstərəcək.
Burda bəzi məqamları diqqətinizə çatdırmaq istərdik; Kamran Əliyevin bu çıxışında niyə yalnız “korrupsiya”-nın adı çəkilir? Axı rüşvət də bir cinayətdir. Yaxşi olar ki, Baş Prokuror ilk işi “Gömrük” orqanlarından başlasın. Son vaxtlar gömrük orqanlarından şikayət artmaqdadır.

Azərbaycanda sadə bir vətəndaş gömrük orqanlarında avtomobil qeydiyyatı keçirmək istədiyi vaxt , həmin şəxsdən dövlət rüsumu adı altında iki -üç dəfə rüşvət alınır. Bu bir reallıqdır və bu vəziyyət illərlədir davam etməkdədir. Azərbaycanın dərdi bununla bitmir. Ədliyyə orqanları, DİN Polis orqanları, Vergi orqanları, Səhiyyə orqanları, İcra hakimiyyəti orqanları və.s. kimi qurumların hər birində aşağıdan yuxarıya kimi rüşvət, korrupsiya ,məmur özbaşınalığı fəaliyyət göstərməkdədir.

Azərbaycanın Baş Prokuroru Kamran Əliyevin dövlət nazirliyi və komitələrində nəzarəti başlasa, inanın ki, kiminsə şikayətini araşdırmağa ehtiyac qalmayacaqdır. Ölkəmizin hər qarışı korrupsiya, rüşvət və məmur özbaşınalığı ilə doludur.

Mikayıl Əsədov.

Bunu paylaş: