Kalın Amerikanın Türkiyəyə qarşı ikili standart mövqeyindən danışdı

Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın son vaxtlar Türkiyə- Amerika münasibətlərində baş verən hadisələrdəki neqativ hallardan söz açmışdır.
O, ilk öncə Azərbaycan – Ermənistan arasındakı 44 günlük müharibəni qeyd etmişdir. Kalın bildirmişdir ki, Azərbaycanın haqq-ədalət savaşında yanında olduğumuza görə ilk öncə rəsmi Vaşinqton bizi sözdə dəstəklədi, lakin müharibə zamanı isə biz bunun əksini görmüş olduq.
Türkiyə prezidentinin sözcüsü bununla Amerikann Azərbaycan və Türkiyəyə qarşı ikili oyun oynadığını qeyd etmək istəyir. O, hətta müharibə zamanı Konqresin Azərbaycana qarşı qərəzli mövqe tutmasını da açıqlamışdır.

İbrahim Kalın daha sonra Rusiyadan aldıqları Hava Müdafiə Sistemləri olan S400 – lərə görə Vaşinqtondan və digər NATO müttəfiqlərindən təzyiqlərlə qarşılaşdıqlarını bildirmişdir. Daha sonra o qeyd etmişdir ki, biz Türkiyə olaraq müttəfiqimiz Amerikadan HMS-ləri istəsək də, bizə imtina cavabı gəlmişdir və bunun alternativi kimi, biz Rusiyadan bu sistemləri almış olduq.
Kalın qeyd etmişdir ki, Türkiyənin bu silahı alması məcburiyyətdən irəli gəlmiş vəziyyətdir.

Rəcəb Tayyib Ərdoğanın sözcusu sonda regional siyasətə toxunaraq qeyd edib ki, biz Türkiyə olaraq müstəqil siyasət aparmaqdayıq. Kimlərinsə sözü ilə oturub-durmaq bizim siyasətə daxil deyildir. Biz müttəfiqlərimizə bizimlə birgə siyasət aparmaqlarını da təklif edirik. Lakin onlar bizimlə addımlamaq istəməyəndə biz özümüz o yola tək davam edirik. Necə ki, bunu Liviyada, Suriyada, Qarabağda gördüyünüz kimi.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın