Kadirova daha yüksək vəzifə verilə bilər

Hörmətli oxucular, fikir versəniz Rusiyanın Ukraynaya təcavüzündən sonra, Putindən çox diqqət mərkəzinə düşən Çeçenistan lideri Ramzan Kadirovdur. Demək olar ki, hər saat sosial media vasitəsi ilə Ukraynadakı vəziyyəti işıqlandırmaqdadır. Üstəlik də ora göndərdiyi 15.000 nəfərə yaxın ordusu hər addımbaşı döyüşləri video lentə alaraq liderlərinə göndərməkdədirlər.

Çeçenlərin Ukraynada döyüşməsinin müsəlman təriqəti ilə, düzgün olub- olmadığını biz yox, Tanrı qərar verəcəkdir.
Bizlərin Kadirovun bu əməllərinə görə siyasi baxışlarımız olduğunu söyləmək istəyirik.

Müharibədən təxminən iki həftə vaxt keçsə də, Ukraynadakı işğalçı rus ordusunun gedişatından Putinin narazı olduğunu onun çıxışları zamanı da görmək olur.
Əminliklə deyə bilərik ki, Kreml müharibənin bu qədər uzanmasını planlaşdırmırdı. Lakin qəhrəman Ukrayna xalqının vətənə olan sevgisi Putinin planlarını alt-üst etdi.
Putin anlamağa başladı ki, ordu onun istədiyi kimi və yaxud ona deyildiyi kimi, super gücə malik deyil. Rusiyanın güclü silahlarını nəzərə almasaq, hərbçilər arasında döyüş ruhunun və təcrübəsinin olmadığını görürük. Bunun da məsuliyyəti bir başa Müdafiə Nazirliyinin üzərinə düşməkdədir.

Bu boşluğu Çeçenistan lideri çox gözəl anlayır. O, Putinə sadiqliyini göstərmək üçün dəridən – qabıqdan çıxır. Dəfələrlə Rusiya liderinə müraciət edərək bildirir ki, mən sənin əsgərinəm, məni Ukraynaya döyüşməyə göndər.
Kadirovun bu çıxışlarının arxasında nə durduğu indi bəlii olur. Putinə də, belə bir insanın hava-su kimi lazım olduğunu bilirik. Ona orduda ruh yüksəkliyi yaradan zəhmli bir insanın olması vacibdir.
Ola bilər, Rusiya prezidenti Vladimir Putin yaxın zamanda Çeçenistan prezidentini yüksək vəzifəyə təyin etsin. Hər halda, Ukrayna probleminin Kremlin daxilində böyük dəyişikliklərə yol açdığını da görəcəyik. Hər bir qərar Putindən aslıdır.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın