Kərkükdə həyəcanlı seçkilər

 

25 noyabr İraqda türklərin ən çox yaşadığı bölgə olan Kərkürkdə keçiriləcək bələdiyyə seçkiləri çox önəm daşıyır. İraqın qəlbi sayılan bu bölgə ölkənin neft və qaz yataqlarının əsas mənbəyi hesab olunur. Həmin səbəbdən Kərkürk uğrunda mübarizə, həm də neft və qaz yataqları uğrunda mübarizə deməkdir. Bu bölgənin əsas etnik mənşəyi türkmənlər adlansa da, həmin ərazi bizim soydaşlarımız yaşayan Cənubi Azərbaycana coğrafi cəhətdən çox yaxındır. Ona görə də, dil və danışıq ləhcəsi Azərbaycan türkcəsi ilə eynidir ( təkcə Kərkük mahnısı olan “Evlərinin dalı qaya” mahnısını xatırlatmaq kifayətdir).
Orta Şərqdə Qərb dövlətlərinin, başda Amerikanın və Rusiya olmaqla, təsiri gücləndikcə, onların yerli maşası olan PKK – nın da təsiri gücləndirməyə başladı və Kərkürkün işğalı proyekti ortaya çıxdı. Bu məqsədlə həmin bölgəyə çoxlu sayda etnik kürdləri köçürməklə Kərkükün demoqrafik tərkibinin dəyişdirilməyə başladılar. Beləliklə həmin bölgənin neft və qaz yataqlarının PKK – nın və Qərbin taşeronu olan İraq – kurd muxtariyyatının rəhbərləri olan Məsud Bərzani hökumətinin nəzarətinə keçdi. Lakin bir neçə il əvvəl M. Bərzani həmin muxtariyyatı müstəqil dövlət elan edərkən bir çox qoşu dövlətlər, o cümlədən İran və Türkiyə buna etiraz etdilər. Silahlı mübarizə yolu ilə Kərkürk neft və qaz yataqları PKK – Bərzani hökumətindən alındı.

Bir neçə aydır ki, İraqda bələdiyyə seçkilərinə start verilib. Fürsətdən istifadə edərək PKK yenə də Kərkürkdə öz mövqeyini möhkəmlənmək istəyir. Belə şayələr yayırlar ki, seçki günü PKK seçkilərin nəticələrini dəyişmək üçün silahlı müdaxilə etmək niyyətindədir. Türkiyə dövləti tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bölgədə gərginlik hələ də davam edir. Bu gün, yəni seçki günü, həmin bölgədə gərginliyin pik həddə çatdığı gündür. Ümid edək ki, seçkilər qanuni olacaq və bölgədə süni gərginlik yaratmaq istənlərin arzusu və niyyətləri ürəklərində qalacaq.

Şahin Şirvanlı.

Bunu paylaş:

Bir cavab yazın