Kənd Təsərrüfatı nazirinin müavininin yalanları

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, Milli Məclisdə çıxışı zamanı qeyd etmişdir ki, ölkəmiz kənd təsərrüfatı məhsulları ilə özünü təmin edə bilər. Nazir müavininin sözlərinə görə münbit iqlim şəraiti bizə imkan verir ki, ölkənin kənd təsərrüfatı məhsullarının bir qismini xarici bazarlarda satışa çıxaraq. İlhamə Qədimovanın sözlərindən belə çıxır ki, Azərbaycanda kənd təsərrüfatı sürətlə inkişaf etmişdir və üstəlik də artım olduğundan məhsullar digər ölkələrə satılmaqdadır. Əslində əsla və əsla bu belə deyildir.

İlk mövbədə monopoliya, vergi özbaşınalığı kənd təsərrüfatı ilə məşğul olan sahibkara imkan vermir ki, Azərbaycan bazarlarında öz mallarını satışa çıxarsın.
Təsəvvür edin ki, sahibkara bir kilo alma 50 qəpiyə başa gəlməkdədir. Bu zaman həmin şəxs Azərbaycanın ən böyük “Meyvəli Topdan və Pərakəndə” satış mərkəzinə gedir. Orada isə, həmin almanın kilosuna 30 qəpik qiymət qoyulur. Bununla da o, hər kiloqramdan 20 qəpik itirir. Bir sözlə, sahibkar bazarda məhsulu satmaq üçün öz dəyər qiymətini itirməli və yaxud da zibilə atmalıdır.

Belə olduğu halda isə, bu sahə ilə məşğul olan sahibkarlar, əsasən Rusiya bazarlarına üz tuturlar.
Bu vəziyyətdən sonra Kənd Təsərrüfatı nazirinin müavini çıxaraq inkişafdan danışmaqdadır. Guya Azərbaycanda məhsul çox olduğundan xarici bazarlara göndərilir. Əsl səbəb isə, ölkənin daxili strukturlarında olan monopoliya və rüşvətxorluq vətəndaşlarımızı məcbur edir ki, öz məhsullarını digər ölkələrdə satışa çıxarsınlar.

Digər tərəfdən isə, ölkədə kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara dövlət tərəfindən heç bir yardım və subsidiyalar verilmir. Bəli, Azərbaycanın münbit iqlimi və torpaqları olsa da, hakimiyyəti insanlarımıza bundan yararlanmağa imkan vermir. Bir sözlə, İlhamə Qədimovanın sözlərində heç bir həqiqət yoxdur və özləri də vəziyyəti çox yaxşı bilirlər.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın