Kəmaləddin Qafarovun növbəti yaltaqlığı

 

Bilirik ki, Azərbaycan Milli Məclisinin deputatlarının əsas işləri xalqa xidmət etmək deyil, İlham Əliyev və ailəsinə yaltaqlıq etməkdir. Bu gün sizlərə daha bir yaltaq “millət vəkili” ndən söhbət açmaq istərdik. Bu, Kəmaləddin Qafarov adlı bir şəxsdir ki, işi peşəsi yaltaqlıq etməkdir. Demək olar ki, hər həftə çox sayda media saytları bu deputatın yaltaqlığı barəsində məqalələr paylaşırlar.

Kəmaləddin Qafarovun bu gün dərc elətdirdiyi məqalə fikrimizdən qaça bilməzdi. Onun bu dəfəki işi Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban Əliyevaya həsr olunmuşdur.

Deputat Mehriban Əliyevanın vitse-prezident vəzifəsində çalışdığı müddətdə çox böyük işlər gördüyünü qeyd edir. Kəmaləddin Qafarovun sözlərinə görə Mehriban Əliyeva guya, 2017 – ci ildən bu günə kimi keyfiyyətli idarəetmə xarakteri göstərərək xalq üçün böyük işlər görmüşdür.
Sən demə, vitse-prezident Azərbaycan xalqını xilas edib.

Kəmalədin Qafarovun bu yaltaq əməlləri qarşısında belə bir sual ortaya çıxmış olur.
Deyə bilərmi ki, Mehriban Əliyeva bu günə kimi xalqın hansı problemini həll etmişdir?.
Bu gün də vitse-prezident və ailəsi Azərbaycan xalqının gəlirləri hesabına yaradılan “Heydər Əliyev Fondu” vasitəsi ilə sərvətlərimizi ölkə xaricində, əsasən də, Rusiyada xərcləməkdədir.

Bu gün Kəmaləddin Qafarov kimilər adını “millət vəkili” qoyaraq İlham Əliyev və yaxınlarına yaltaqlıqla məşğuldur. Bütün xalqımız bilir ki, Mehriban Əliyevanın vitse-prezident olduğu gündən və ondan əvvəl də millət üçün heç bir xeyri olmamışdır. Bu səbəbdən də, Kəmaləddin Qafarov kimi yaltaqlar ortalıqda quyruq bulamasınlar. Xalq isə, kimin kim olduğunu və əməllərinin nə olduğunu yaxşı bilir.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın