Kəmaləddin Heydərov qanunsuz tikililəri nəzarətə götürür

 

Fövqaladə Hallar naziri Kəmaləddin Heydərov, jurnalistlərin bir sıra suallarına cavab vermişdir. Arabir jurnalistlər qarşısına çıxan nazir, bəzi vacib çıxışları ilə yadda qalmaqdadır. Bu dəfə isə, Kəmaləddin Heydərov qanunsuz tikililərə toxunaraq bildirmişdir ki, Azərbaycanda bir dənə də olsun qanunsuz tikili qalmayacaqdır.

FHN – nin bu tikililəri tam olaraq nəzarətə götürəcəyini qeyd etmişdir. Nazirin sözlərinə görə Şəhərsalma və Tikinti Arxitektura Komitəsi rayon icra hakimiyyəti ilə birlikdə, ölkədə qanunsuz tikililərə nəzarəti gücləndirdiklərini söyləmişdir.
Kəmaləddin Heydərov ölkədə məcburi köçkünlərin olduğu bir vaxtda, bu çür halların çox olduğunu qeyd etmişdir. Bu gün isə, torpaqlarımızın azad olunduğu və məcburi köçkünlərin geri qaytarılması prosesinə başlanıldığını qeyd etmişdir.

Qaçqın və məcburi köçkünlərin ölkədə olduğu bir vaxtda, dövlət buna məcburən göz yumurdu. Bu gün Kəmaləddin Heydərov söyləmək istəyir ki, qaçqın və məcburi köçkünlər geri qayıtdıqdan sonra, onlara verilən bəzi yaşayış evləri FHN- in nəzarətinə keçəcəkdir.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın