Kəlbəcərimiz azad edildi

Azərbaycanın daha bir rayonu- qızıl, xrom, civə yatağları və digər faydalı qazıntılarla zəngin, ən yüksək dağlıq əraziyə malik olan Kəlbəcər rayonu nəhayət ki, artıq bizimdir.
Kəlbəcər rayonu 1993 -cü il aprel ayının 2-də işğal edildi. Yüzlərlə insan erməni işğalçıları tərəfindən öldürüldü, əsir götürüldü. Mühasirəyə düşən Kəlbəcərlilərin bir çıxış yolu vardı -Murovdağ silsiləsi. Həmin gün ora qar yağmışdı və bu, vəziyyəti daha da çətinləşdirmişdi. Xeyli sayda insan məcburi köçkün oldu.
Kəlbəcərimiz bu gün azad edildi. Artıq bitdi həsrət, daha bir rayonumuz öz həqiqi sahiblərinə qaytarıldı.
Xatırlatmaq istərdim ki, əslində Kəlbəcər rayonu noyabrın 15- i boşaldılmalıydı, ancaq Rusiya prezidenti İlham Əliyevə zəng edərək 10 gün daha möhlət istədiyi üçün, bu gün noyabrın 25 -i azad edildi. Gözümüz aydın Azərbaycan!

Mikayıl Əsədov.

Bunu paylaş: