Kəlbəcərdən başlayan Rusiya və Qərb mübarizəsi

 

Ermənistan bir neçə gündür ki, Kəlbəcər istiqamətində təxribatlar törətməkdədir. Sonuncu təxribatı zamanı Azərbaycan tərəfindən iki hərbçi yaralansa da, Ermənistan tərəfdən 3 hərbçi ölmüş, 2 – si isə ağır yaralanmışdır. Hələlik bölgədə vəziyyət gərgin olaraq qalmaqdadır. Moskva bu məsələyə qarışandan sonra, ara bir az sakitləşmişdir. Lakin hələlik nə olacağı heç kimə bəlli deyildir.

Niyə Ermənistan sərhəddə təxribatlara əl atmaqdadır?
Birinci səbəbə bir neçə gün bundan əvvəl, saytımızda aydınlıq gətirmişdik. Yəni Moskva aranı qızışdırmaqla, öz ordusunun sayını bölgədə artırmaq istəyir. Bundan da istifadə edən Ermənistan yenidən Azərbaycan torpaqlarını işğal edərək, Zəngəzur məsələsini arxa plana çəkmək istəyir.

Kəlbəcərdəki təxribata cavab olaraq Rusiya prezidenti Vladimir Putinin çıxışın izləsək, məsələnin daha dərinə getdiyini görmək olar. Yəni Qərb Paşinyanı öznə çəkərək Putinin qəzəbləndirir. Qərb Paşinyanı inandırmağa çalışır ki, Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkillatı Ermənistana, Azərbaycanla müharibədə köməklik etməyəcəkdir. Bununla da Qərb Ermənistanı Rusiyadan qoparmaq fikrindədir. Bu səbəbdən də təxribatların yalnız Azərbaycan – Ermənistan sərhəddində baş verdiyini görürük. Paşinyan hər bir şeyi qurban verəcək ki, Rusiyadan uzaqlaşın. Rəsmi Bakıya isə sadəcə gözləmək qalır. İndiki vəziyyət Azərbaycanın xeyrinə işləyir. Səbəbi isə Qafqazda əsas söz sahibi Rusiya və Türkiyə olduğuna görə. Qarşıda bundan da böyük təxribatlar olacağının şahidi ola bilərik.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın