Kəlbəcərdə Ermənistana məxsus rus PUA-sı, Türkiyə silahı ilə endirildi

 

Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən dünən Kəlbəcər istiqamətində, Ermənistan silahlı qüvvələrinə məxsus Pilotsuz Uçuş Aparatı xüsusi texnika vasitəsi ilə yerə endirilmişdir. “Qrifon-12” Rusiya istehsalı olan bu PUA – ların uçuş məsafəsi 90 km-dir. Əsasən gecə – gündüz görmə kamerası ilə təchiz edilmiş bu PUA – lar kəşfiyyat xarakterli əməliyyatlar üçün nəzərdə tutulmuşdur.

Vacib tərəfi isə, Azərbaycan “Qrifon-12” PUA-sını hansı vasitə ilə endirmişdir. Ehtimal edilir ki, PUA – nın endirilməsində Türkiyə istehsalı olan “Dron Savar” – dan istehsal edilmişdir. Digər tərəfdən isə “Bayraktar” quraşdırılmış yeni elektron sistemləri də ola bilər. Həmin sistemlər “Bayraktar” ın uçduğu bütün yerlərdə olan, elektron sistemləri məhv etməkdədir.

Bu yaxınlarda Türkiyənin Ukraynaya satdığı “Bayraktar” – larda bunun şahidi olmuşduq. Krım ətrafında havaya qalxan “Bayraktar” – lar Rusiyaya məxsus bütün elektron sistemləri məhv edərək dondurmuşdur. Son günlər Ermənistanın Kəlbəcər istiqamətində təxribatları artmışdır.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın