Kəlbəcərdə erməni təxribatının qarşısı alındı

Rəşadətli ordumuz Kəlbəcər sərhəddində erməni hiyləsinin qarşısını almışdır. Ordumuz Zod qızıl yatağının ermənilər tərəfə keçməsinə imkan verməmişlər. Zod qızıl yatağı Azərbaycan və Ermənistan sərhəddini iki yerə bölür və 70 faizindən çoxu isə bizim ərazimizə düşür. Hiyləgər düşmən bu yataqdan bir neçə yüz metr qabağda sərhəd zastavası yaradaraq torpağımızı mənimsəmək istəmişdir. Azərbaycan əsgərləri erməni sərhəd zastavasını məhv edərək Zod qızıl yatağı ərazisinə daxil olmuş və bir neçə saata ermənilərə oranı tərk etmələri üçün vaxt vermişlər. Artıq hər yer Azərbaycan ordusunun nəzarətindədir və üç yeni post qurulmuşdur. Həmin vaxt erməni əsgərləri rus ağalarının gəlib məsələni həll etmələrini istəsələr də bu hiylə baş tutmamışdır. Rəşadətli əsgərlərimiz düşməndən hər qarış torpağımızı geri almaqları üçün qəhrəmancasına döyüşmüşdür. Bu yerdə necə deyərlər „Vətəndən pay olmaz”.
Artıq Azərbaycan Ermənistan sərhəddində demarkasiya işləri başlamışdır.

Mikayıl Əsədov.

Bunu paylaş: