Kəlbəcər istiqamətində düşmənin hücumunun qarşısı alındı

 

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə Ermənistan tərəfi Kəlbəcər istiqamətində atəşkəsi yenidən pozmuşdur. Hərbçilərimizin verdiyi təxirəsalınmaz cavab nəticəsində düşmən susdurulmuş və vəziyyət ordumuzun nəzarəti altındadır.

Müdafiə Nazirliyi əlavə kəşfiyyat məlumatları yayaraq qeyd etmişdir ki, Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonu istiqamətində ordu cəmləşdirərək, hücuma keçərək təxribat yaratmaq istəyir. Lakin bu istiqamətdə də, düşmənin hər bir hərəkəti izlənilir və vəziyyət nəzarət altındadır.

Ermənstan Müdafiə Nazirliyinin mətbuat katibliyindən verilən məlumata əsasən. Kəlbəcər istiqamətində baş vermiş atışma zamanı, bir erməni əsgəri ölmüş, 8 nəfər isə yaralanmışdır. Onlardan 4 – nün ağır yaralı olduğu bildirilir.
Ermənistan tərəfi Kəlbəcər istiqamətində vəziyyətin gərgin olaraq qaldıığını və ara-sıra atəş səslərinin yüksəldiyini qeyd edir.
Bu arada, Rusiya tərəfi hər iki ölkəyə təmkinli olmağı tövsiyə edib. Vəziyyətin gərginləşməsinə zəmin yaratmamağı söyləmişdir.

Xatırladaq ki, dekabrın 8 – də atəşkəsin pozulması nəticəsində bir Azərbaycan əsgəri şəhid olmuşdur.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın