Köçəryan Paşinyanı, bu yolla məğlub etmək istəyir

 

Bir müddət əvvəl, Ermənistan ordusunun yenidən Azərbaycan mövqelərinə atəş açmasının qaranlıq məqamları vardır. Bildiyiniz kimi, (iyunun 11 – də saat 13:30 – dan başlayaraq) Vardenis rayonunun Yuxarı Şorca yaşayış məntəqələrindən, Kəlbəcər rayonunda yerləşən Azərbaycan ordusunun mövqelərinə Ermənistan tərəfi atəş acmışdır. Azərbaycan tərəfdən heç bir itki qeydə alınmamışdır. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yaymışdır.

Bu təxribatın arxasında Ermənistanda baş verən siyasi gərginlik durmaqdadır. Bildiyiniz kimi, bir neçə gündən sonra Ermənistanda parlament seçkiləri baş tutacaqdır.

Bəs niyə təxribat Kəlbəcər istiqamətində baş verməkdədir?. Müharibədən sonra ağır durumda olan Ermənistanda, daxildə Nikol Paşinyan və Robert Köçəryan çəkişməsi davam etməkdədir.

Diqqət yetirsək görərik ki, Ermənistan ordusunda keçmiş prezidentlər Köçəryanın və Sarkisyanın tərəfdarları qalmaqdadır.

Son vaxtlar sürətlə reytinqi düşən Ermənistanın keçmiş baş naziri Nikol Paşinyana, Köçəryan hədiyyə hazırlamaqdadır. Köçəryanın istəyi, Kəlbəcər istiqamətində təxribatlara əl atmaq və Azərbaycan ordusunun Qazaxın qalan kəndlərinin azad edilməsinə şərait yaratmaqdır. Yəni Köçəryan Azərbaycanın əli ilə, seçki qabağı Paşinyanın reytinqini daha da aşağı salmaq istəyir.

Görünən odur ki, hər şey Rusiyanın əli ilə idarə olunmaqdadır. Rusiya Qərbmeyilli hakimiyyəti Ermənistanda görmək istəmir.
Hələlik Azərbaycan tərəfi bu təxribatları səbrlə izləməkdədir.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın