Köçəryan dövlət çevrilişi etmək istəyir

 

Ermənistanda getdikcə hakimiyyət uğrunda mübarizə qızışmaqdadır. Müharibədən sonra indiki Baş Nazir Nikol Paşinyanın reytinqi sürətlə azalmağa başlayıb. Bir tərəfdən Qarabağ döyüşlərində ölmüş əsgərlərin valideyinləri , bir tərəfdən qanunsuz məskunlaşan ermənilərin Ermənistana qayıdışı, iqtisadi və politik problemlər, Rusiya ilə münasibətlərin pisləşməsi və.s. Paşinyanın reytinqinə böyük təsir göstərmişdir. Bundan istifadə edən Rusiyanın Ermənistandakı ən yaxın adamı Robert Köçəryan siyasətə geri qayıtdığını elan etmişdir. Bir müddət əvvəl isə Ermənistan məhkəməsi Köçəryanın 5 günlük ölkə xaricinə çıxmasına icazə vermişdir. Rusiyaya səfər edən Köçəryan Putindən, necə deyərlər, yenidən siyasətə qayıtmağa icazə “Dabro” almışdır. Köçəryanın siyasətə qayıtmağını Kremlin 2-ci planı kimi də qeyd edə bilərik.

Putin Köçəryanı dövrəyə salmaqla, Qərb meyilli Paşinyanı taxtdan salmaq istəyir. Erməni xalqı Paşinyandan narazı olsa belə, keçmiş korrupsionerləri, rüşvətxorları, Köçəryan -Sarkisyan blokunun hakimiyyətə gəlməsini istəmir. Çünki Paşinyanı hakimiyyətə, bu quldurlardan qurtulmaq üçün xalq özü gətirmişdir. Putin isə cəhd edir ki, öz adamlarını yenidən hakimiyyətə gətirsin .

Bir müddət hazırki, erməni müxalifəti ilə bunu yoxlasa da, Paşinyana qalib gəlmək baş tutmadı. Paşinyanın Putin qarşısında buraxdığı ilk səhv, İlham Əliyevlə debatı zamanı”kokeyşin büro” deməklə İmperiya ideologiyasını heçə endirməsi olmuşdur. Bu sözlər isə İmperiya varislərinin, yəni Kremlin xoşuna gəlməmişdir. Budan sonra Putin Paşinyanı taxtdan salmaq üçün hər şeyə əl atacaqdır. Hələlik, ikinci addım Köçəryanı hakimiyyətə gətirməkdir.

Mikayıl Əsədov.

Bunu paylaş: