Jirinovskinin dediyini Sergey Lavrov təsdiqləyir, rəsmi Bakı isə hələ susur

 

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov, Qarabağla bağlı maraqlı çıxışla yadda qalmışdır. O, Qarabağda iş imkanlarının geniş olmasını və iş adamlarının ora investisiya qoymağını xahiş etmişdir. Onun sözlərinə görə bu gün həmin bölgədə (Laçın – Xankəndi yolu nəzərdə tutulur) avtomobil yollarının yenidən aktiv qurulduğunu bildirmişdir. Sergey Lavrov bildirmişdir ki, biz yaxın qonşularımıza da bu işdə kömək etmək istəyirik.

Lavrovun sözlərinə hələlik Azərbaycan tərəfinin reaksiya göstərmədiyi təəssüf doğurur. Rusiya XİN – nin rəhbəri bu çıxışında açıq şəkildə, Dağlıq Qarabağda olan “rus sülhməramlıları” nın nəzarət etdiyi bölgələri nəzərdə tutur. Qonşular dedikdə isə Azərbaycan və Ermənistanı investisiya qoymağa çağırır. Belə çıxır ki, Rusiya Dağlıq Qarabağı Moldova, Gürcüstan, Ukrayna variantına çevirdi. Kreml Qarabağı Rusiyanın bir parçası hesab edir? LDP – lideri Vladimir Jirinovski də çıxışında: “Dağlıq Qarabağ Rusiyanın bir parçası olmalıdı” ifadəsini işlətmişdir.

Rusiya istədiyini Dağlıq Qarabağda edəcək və İlham Əliyev də hakimiyyəti ilə birgə tamaşa edəcəkdir. Lavrovun bu çıxışı rəsmi Bakıya bir mesaj olaraq dəyərləndirilməlidir. Təəssüflər olsun ki, Azərbaycan tərəfi həmişə olduğu kimi susur.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın