Jirinovski bu dəfə Qazax türklərinə dil uzatdı

 

Son vaxtlar Qazaxıstanla Rusiyanın arasında ara qızışmaqdadır. Hətta bir neçə dəfə Rusiya Xarici İşlər Nazirliyi səviyyəsində Qazaxıstana öz iradını bildirmişdir.Belə ki, son zamanlar, qazaxıstanlı türk qardaşlarımız ictimaiyyətə rus dilində yazıları və danışıqları tənqid edirlər.Hətta küçədə belə rus dilində danışan insanlar tənqid edilməkdədir. Şəxsən desəm, biz Azərbaycan xalqı olaraq, qazaxıstanlı qardaşlarımızdan nümunə götürməliyik. Qazaxstanlı türklərin bu mədəni – irsi kökə hörmət xarakterini açıq şəkildə dəstəkləyir və alqışlayırıq.

Bu mövzu tək Rusiyanın XİN – ni deyil, həm də rusların “politik klounu” Liberal Demokratik Partiyasının lideri Vladimir Jirinovskini də narahat etmişdir. Dəfələrlə bu klounun, Azərbaycanın, Qazaxıstanın, Özbəkistanın, Qırğızıstanın, Türkmənistanın ünvanına təhqiramiz sözlər işlətdiyinin şahidi olmuşuq. Jirik bu dəfə Qazaxıstanı hədəf seçmişdir. Sanki bunun işi həftədə bir türk kökənli dövləti hədəf seçməkdir.

Jirinovski Qazaxıstanı səhra, qazax xalqını isə köçəri adlandırmışdır. Onun sözlərinə görə Qazaxıstanı düzəldən Rusiya olmuşdur. Bu şəxsiyyətsiz insana bir məqamı anlatmaq yerinə düşərdi. Üfunət icində yaşayan “Moskovlar” anlamalıdırlar ki, hər bir xalqın öz mədəniyyəti vardır. İlk öncə Qazaxıstanın neftini, sərvətini illərdir talayan siz oldunuz, “Kazanı” ayıran siz oldunuz. Qazaxıstanı böyük həbsxanaya çevirən yenə siz Moskovlar oldunuz. Bu xəstə kloun hər dəfə, özündən yalanıçı və təxribatçı tarix yazmağı xoşlayır.

Bu soyuq müharibədə Jirinovski gec qaldığını anlasa, yaxşı olardı. Hər şey Qazaxıstanın paytaxtı Nur – Sultanın şimalında qazaxlaşma yaranmasından başladı. . Buna görə də Qazaxıstan nümayəndəsi Vladimir Jirinovskinin çıxışına:”it hürər, karvan keçər” ,- kəlməsi ilə cavab verib.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın