Jirinovski bu dəfə həddini daha çox aşdı

 

Kremlin klounu bu dəfə yenə sakit durmadı, təbii ki, söhbət Rusiyanın Liberal Demokratik Partiyasının lideri Vladimir Jirinovskidən gedir. O bu dəfə daha da irəli gedərək, Türkiyə və Böyük Britaniyanı (İngiltərə) təhqir etmişdir. Jirinovskinin fikirlərinə görə bölgədəki vəziyyətin dəyişməsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan günahkardır. Siyasi kloun iddia edir ki, Ərdoğan, İngiltərənin kəşfiyyat orqanı olan “M6” ilə birlikdə Rusiyanın sərhədlərində vəziyyəti dəyişdirmişlər. Bu səbəbdən Jirinovski Türkiyə və İngiltərəyə belə sərt reaksiya verməkdədir. Demək olar ki, son illər Ukrayna, Qara dənizin bir hissəsi, Gürcüstan, Azərbaycan Türkiyənin nəzarətinə keçmişdir. Hər halda, burada Türkiyə və İngiltərəni yox, Rusiyanın siyasi zəifliyini qeyd etmək lazımdır.

Vladimir Jirinovski daha sonra Turan imperiyasından söhbət açmışdır. O, qeyd etmişdir ki, bu dəfə də Türkiyə və İngiltərə bölgədə Turan imperiyasının yaranmasına təşəbbüs göstərirlər. Bu imperiyanın Sultanı isə Ərdoğan olacağını qeyd edir. Lakin LDP lideri qeyd etmişdir ki, Ərdoğan hələ də gerçəkləri qəbul etmək istəmir.

Klounun bu çıxışına cavab versək yaxşı olardı; 30 il bundan əvvəl Asiya və Avropanın yarısı SSRİ imperiyasının əlində idi, bu gün isə NATO ordusu Moskvanın 800 km- də dayanmaqdadır. Jirinovski anlamalıdır ki, əsil gerçəkliyi özü və çarı Vladimir Putin qəbul etməlidir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın