İngiltərə Azərbaycan hakimiyyətinə, açıq siqnal verir.

Ermənistanın Baş naziri Paşinyan BBC -nin Hardtalk proqramında pis vəziyyətə düşüb. Paşinyan verilən suallar qarşısında aciz qalaraq, suallardan yayınmağa çalışıb. Jurnalist Stefan Sackurun verdiyi suallar Azərbaycana qarşı törədilən təxribatlar, Dağlıq Qarabağa qanunsuz yolların çəkilməsi, Azərbaycan ərazilərinin qanunsuz işğalı və. s haqqında olub. Ancaq verilən suallara cavab olaraq Paşinyan işğala haqq qazandırmağa çalışmışdır
Aparıcı ötən ayda yeni toqquşma zamanı hər iki tərəfdən hərbçilərin öldürülməsi, Paşinyanın hakimiyyətə gəlişi ilə sülhün əldə edilməsi üçün heç bir dəyişiklik olmadığını bildirib və əlavə edib ki, Ermənistan ərazisindən Azərbaycanın kəndlərinin atəşə tutması nəticəsində 76 yaşlı mülki vətəndaşın öldürülməsi ,əlbəttə ki, hərbi toqquşmaya gətirib çıxardan cavab atəşini açılması ilə nəticələndi. Buna istinadən, bir daha bildirmək istərdim ki, baş verən hadisələr sizin siyasətinizin sülhün bərqərar olması üçün hesablanmayıb. Paşinyan bu suala,- birinci Azərbaycan hücuma başladı,- deyərək cavab verib.
Aparıcı isə ona cavab olaraq : “Siz deyirsiz Azərbaycan, Azərbaycan da əlbəttə ki, sizin hücuma başladığınızı deyir. Mən bu gün Hardtalk-da kim birinci başlayıb, onu həll etməyəcəm. Lakin aydın olan odur ki, siz ay boyunca münaqişədə təzyiqi artıran ciddi hərbi təxribatlar həyata keçirmisiniz.
Məsələn, nə üçün siz ötən il Dağlıq Qarabağa qanunsuz səfər etdiniz? Axı bu da Azərbaycana qarşı təxribatdır.Paşinyan verilən suallar qarşısında aciz qalaraq suallardan yayınmağa çalışıb.
Suallara cavab verə bilməyən Paşinyan tarixi saxtakarlığa əl atmağa çalışıb.
Aparıcı isə ona cavab olaraq deyib ki, biz sizin keçmiş tarixinizə gedə bilmərik, gəlin bu günkü realllıqdan danışaq.
Aparıcı onu da qeyd edib ki, BMT Təhlükəsizlik Şurası sizin də yaxşı bildiyiniz kimi, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağdan Ermənistan silahlı qüvvələrinin dərhal, qeyd- şərtsiz çıxarılması haqqında qətnamə qəbul edib. Ermənistan höküməti hələ ki bu qətnaməyə əməl etmir, bu da Ermənistanın işğalçı olduğunu sübut edir.
Bu suallar qarşısında bir daha aciz qalan Paşinyan Ermənistanın sülhsevər bir ölkə olmadığını bir daha sübut etdi. Paşinyanın bu çıxışına ,Qurban Məmmədov tərəfindən siyasi baxişla, tam ve gözəl şəkildə aydınlıq gətirməsinə 15.08.2020 tarixində “AzerFreedom TV” youtube kanalinda baxa bilərsiniz.

İmza; Mikayıl Əsədov.

Bunu paylaş: