İlham Əliyevin heç nədən xəbəri yoxdur, amma Azərbaycanın prezidentidir

Dişi iblis daha təhlükəlidir.
Bu adamlara niyə bəzən belə yanaşırıq. Söz deyirik başa düşmürlər, tənqid edirik qulaqardına vururlar. Ona görə də bunlarla bir az məzhəkə diliylə, bir az şəbədə qoşaraq, bəzən də lağ-lağaynla danışmaq məcburiyyətində qalırıq ki, bəlkə anlayalar. Ramiz Mehdiyev mövzusu sıradan bir mövzu deyil. Dünən Ramiz Mehdiyevi tərifləməkdən ötrü, qəbuluna düşməkdən ötrü növbə idi, bu gün isə, tənqid etməkdən, hətta söyməkdən ötrü növbədir. Dünən ona ləbbeyk deyən, boyun əyən, əlini öpməyə hazır olan adam(lar) bu gün onun əleyhdarıdır. Nə baş verir? Görünür Ramiz Mehdiyevin təyin etdikləri sahibinə onun özundən daha sadiqdirlər. Ramiz Mehdiyev barəsində deyilənlərdə böyük həqiqət var, amma həqiqətin hamısı deyil. Sən demə ölkədə baş verənlərdən prezident və onun ailəsinin xəbəri yoxdur. Sən demə İlham Əliyev mələk imiş və bu mələyin doğru dürüst işləməsinə mane olan iblis var imiş. Həmən iblis də Ramiz Mehdiyevdir. Bir sözlə “prezident yaxşıdır, ətrafi isə pisdir.” İlham Əliyev Ramiz Mehdiyevdən geri qalmayan cinayətkardır. İlham Əliyev və arvadı – Heydər Əliyev fondundan milyardları oğurlayıb talayan vitse-prezident Mehriban Əliyeva eyni cinayetlərin iştirakşılarıdırlar. Cəmiyyətə belə göstərilir ki, guya bütün bəlalarımızın sən demə bir səbəbi var, o da Ramiz Mehdiyevdir. Bu, sadəcə xalqı avam yerinə qoymaqdır və Mehriban Əliyevaya yol açmaqdır. İlham Əliyev Ramiz Mehdiyevlə, arvadı Mehriban Əliyevayla xalqımızın başına gətirilən bütün bəlaların və cinayətlərin iştirakçılarıdırlar. Eyni cinayətlərin iştirakçılarına isə münasibət fərqli ola bilməz.

İmza: Əliəşrəf Məmmədov.

Bunu paylaş: