İlham Əliyevin fantastik iqtisadi artımı

Hörmətli oxucular, İlham Əliyev dünənki çıxışında söyləmişdir ki, neftin qiymətinin düşməsi nəticəsində Azərbaycan iqtisadiyyatında 2.8 faiz azalma olub. Yəqin xalqa aid olmayan neftdən danışmaq bir o qədər də önəmli deyil. Sonra İlham Əliyev bildirmişdir ki, qeyri neft sektorunda son 7 ayda 13 faiz artım olub.
Əgər Azərbaycan iqtisadiyyatı neftdən asılıdırsa, necə olur ki, iqtisadiyyatda artım olub?
Bir xatırlatma etmək istərdim ki, Azərbaycan nefti 100 dollar olduğu zaman da və indiki vaxt da xalqın yaşayış tərzi yaxşıya doğru dəyişmədi. Getdikcə xalqın sosial və maddi durumu pisləşməyə doğru gedir və bu da onu göstərir ki, Azərbaycan iqtisadi tənəzzülə və siyasi partlayışa doğru daha da yaxınlaşır.

İmza; Mikayıl Əsədov.

Bunu paylaş: