İlham Əliyev ve hakimiyyətinin xalqa söylədiyi nağıllardan biri.

Son zamanlarda İlham Əliyevin işsizlik səviyyəsinin 7,yoxsulluq səviyyəsinin 5 faiz olmasının nağılını yəqin ki ,hər kəs eşitmişdir. İllərdir Azərbaycanda iqtisadi inkişafdan danışan hakimiyyət 190 manatın verilməsi ilə özlərini tam inkar etdi. Nəzərə alsaq ki, Azərbaycan əhalisinin iş qabiliyyəti 50 faizi təşkil edirsə ,təxminən Azərbaycanda olan əhalinin 3 milyonuna şamil olunur. 190 manatın verilməsində 600,000 insana ödənməsi şərtini hər ailəyə və hər ailədə 3 insan nəzərə alsaq ,bu 1,800,000 insana şamil olunmuşdur. Bu da orta hesabla ehtiyacı olan əhalinin 60 faizini təşkil edir.
İndi isə hakimiyyətin özünü inkar etməsi mexanizmi:, buna misal olaraq dünyanın inkişaf etmiş ölkələrində əhalinin 10-15 faiz işsiz və bir o qədər də yoxsul əhalisi var. Azərbaycanın işıq sürətli inkişafını bəzi ölkələrlə bölüşməsini tərcih edərdik. Necə deyərlər ,göydən 3 alma düşdü, nağılın sonu.

İmza; Mikaıl Əsədov.