İlham Əliyev; təyin edəndə, göstəriş verəndə siz deyilsinizmi ?

Dünən İlham Əliyev dövlət Neft şirkəti, Azərenerji, AZAL və Xəzər Dəniz Gəmiçilik idarəsinin işlərini tənqid etdi. Bu işdə İlham Əliyev özü özünü ifşa etdi. Onun dediyinə inansaq, bu idarələr dövlət büdcəsindən pul alaraq, geri vermirlər. İlham Əliyev yenə “Məlikməmməd” nağılını xalqa danışmaq istəyir:
1)Bu idarələrin rəhbərlərini işə siz götürmüsünüz və bir prezident olaraq siz məsuliyyət daşıyırsınız.
2) Bəs sizin korrupsiyaya qarşı idərə heyətiniz var ,hara baxır? Bu dörd idarənin birdən -birə eyni vəziyyətdə büdcədən pul oğurlamasının səbəbkarı sizsiniz. Bəs deyirdiniz Azərbaycanın gəlirləri qeyri-neft sektorunda artıb, hanı???
İlham Əliyev , siz və komandanız istefa verərək bu ölkədə qanun qarşısında cavab verməlisiniz.
Bəsdir artıq bu xalqın pullarını yediniz.

İmza; Mikayıl Əsədov.

Bunu paylaş: