İlham Əliyev! – Ölkənin taleyi sizi düşündürməyə bilər, öz şəxsi taleyinizə laqeyd olmayın!

Məndən səmimi olaraq bəzi şeyləri demək, sizdən isə nəticə çıxarmaq gərək. Buyurun!

Azərbaycanda dünyavi, sivil dövlət qurulması və onun dünya birliyində özünə laiq yer tutmasıüçün Siz və Sizin kimilər onun tarixindən elə silinməlidir ki, həqiqi ölçüləri milyonlarla dəfə böyüdən zərrəbindən istifadə edilməsi ilə belə heç bir iziniz yox, heç tozunuz da tapılmasın. Bundan ötrü Azərbaycana ağırtonnajlı atom bombaları atılmalıdır. Təmizliyə nail olmağın digər yolunu ağlıma gətirə bilmirəm. Ona görə yox ki, ağıldan kəməm, ona görə ki,bu yol sadəcə olaraq bu günkü günə dünya sivilizasiyasına sadəcə olaraq məlum deyildir.YAP hakimiyyəti iqtisadiyyatı çökdürmüş, sənaye potensialını məhv etmiş, əhalini işsiz qoymuş təhsil, səhiyyə kökündən dağıdılmış, əhalinin mənəviyyatına təcavüz edilmişdir.Qiymətli nə vardırsa məhv edilmişdir.

Ölkədə sonu görünməyən və müsbət heç birşey vəd etməyən mövcud situasiyanın yaranmasının vahid günahkarı bir nəfərdir. O da özünü prezident hesab edən İlham Əliyevdir.

    İlham Əliyev, içərisində mən özüm də olmaqla, milyonlarla insan Sizin yarıtmazlığınızdan, elementar təsəvvürünüz belə olmayan vəzifədən dörd əlli yapışaraq qaldığınızadan zülüm və məşəqqətlərə düçar olmuşdur. Uca Allah bunu Sizə bağışlamayacaq. Kəndiriniz elə yerdə, elə vaxt qırılacaq ki, heç kim və heç nə, hazırda 1№-li düşməninizə çevrilmiş  arvadınız belə kömək edə bilməyəcəkdir.

    Azərbaycanın hazırda mövcud olan faciəvi duruma gəlməsinin səbəbini mən aşağıdakılarda görürəm:

1. Kökündən səhv olan kadr siyasəti. Öz işinin, vəzifəsinin öhdəsindən gələn və özünə qarşı bunun müqabilində diqqətlə, hörmətlə yanaşılmasını istəyən, kifayət qədər təcrübəli insanlar (Fikrət Sadıxov, Akif Muradverdiyev, Əli İnsanov, Fərhad Əliyev və s.) zibil qutularına atıldılar. Onlar Ramiz Mehdiyevin maklerləri ilə əvəz olundular. Beləliklə, İlham Əliyevin qarşısında neft quyularında quraşdırılan mancanaq rejimində işləyənlərdən başqa bir kimsə qalmadı. Məqsədli formada dünya təcrübəsində analoqu olmayan inkişafa nail olmuş ölkə başçısının olduğu İlham Əliyevin kəlləsinəyeridildi .O başlanğıcda yalanlara öyrədildi və birazdan özü mahir yalanlar istehsalçısına çevrildi. Ölkə üçün heç bir əhəmiyyət kəsb etməyən iclaslar praktikası ortaya çıxdı. Əliyevin giriş və yekun nitqləri bu şounun əsas qayəsinə çevrildi.

 Mən səhiyyə üzrə mütəxəssis deyiləm, ancaq keçdiyim həyat yolunda bu sahə ilə də məşğul olmaq məcburiyyətində qalmışam. Bizim dövrümüzdə məşğul olduğun sahələri mükəmməl bilməli idin. Özün hər şeyi yüksək səviyyədə bilməsə idin rəhbərlik edə bilməzdin. Elə birinci görüş – müşavirədə “quş” buraxar, hörmətdən düşər, vəzifəni itirərdin.

  Təbabətə belə bir xəstəlik məlumdur ki, ona tutulmuş insanlar yağlı yalanı düzüb qoşur və onu bir dəfə söylədikdən sonra birinci özü həmin yalana inanır və ömrü boyu insanları ona inandırmağa çalışırlar. İlham Əliyevin dediklərinə qulaq asanda adam Amerikanın Alabama ştatının qubernatorunun, yaxud bizim zülmə ölüçar olduğumuz ölkənin prezidenti kreslosunu 30 ilə yaxın bir müddətə mənimsəmiş bir fərdin danışdığını adam səhv salır.

2. Əliyev 2005-2008-ci illər ərzində əhəmiyyətsiz işlərlə məşğul olmağın öz səviyyəsindən çox aşağı olduğunu əsas götürərək, ölkəni ətrafında toplamış olduğu quldurlar arasında böldü. Prezident funksiyasını onlara pere-paruçat elədi. “Kölgə prezidentlər” rayonlarda bütöv hakimiyyəti mənimsədilər. Onlar “dlya polnoqo sçastya” Milli Məclisdə deputatlar arasında bir – neçə kvota yerləri” hüququ əldə etdilər. Mərkəzi İcra Hakimiyyəti orqanlarının yerlərdə olan qurumlarının fəaliyyətlərini tam nəzarətə götürməklə yanaşı, onların mərkəzi aparatlarının fəaliyyətinə təsir göstərə biləcək hədd çərçivəsində vəzifə təyinatlarını öz nəzarətlərinə götürə bildilər.

  İlham Əliyev ilk anda xeyli yüngülləşdi, eyş-işrətlə, nə bilim başqa adətkərdə olduğu işlərlə məşğul olmağa imkan əldə etdi. Amma bu çox sürmədi. İsmayıllı və Quba hadisələri Fizuli Ələkbərov və Ziya Məmmədovun əlahiddə səlahiyyətlərinə verilmiş rayonların nümunəsində ciddi çat verdi. Qubanı bilmirəm, İsmayıllıda külli miqdarda daşınar-daşınmaz mülkiyyət, əmlak məhv edildi. Xalqın malı göyə sovruldu.

  İlham Əliyev ŞİH, RİH başçılarını DTX-nın vasitəsilə dəmir barmaqlıqlar arxasına saldırır. Sonra məlum olur ki, içəridən əl edənlərin övladları, qohum-qardaşı məhkəmələrdə və baş prokurorluqda, DİN-də elə DTX-nın özündə yüksək vəzifələr tuturlar. Tutaq ki, onlar vəzifədən alındılar, onda onların ətrafla əlaqələrini İlham Əliyev necə kəsəcəkdir. Bu praktiki olaraq mümkün deyildir. Nəzərə alınsa ki, daxili qohumçuluğa 15-20 il əvvəl elə İlham Əliyev özü xeyir-dua vermiş, vəzifələrin qohumlar arasında bölünməsini  mükafatlandırılmışdır. Bu gün tamamilə tərsinə dövran etmək istəyən elə həminyin özüdür.Hazırda korrupsiya və rüşvətlə mübarizə donu geyindirilməyə cəhd göstərilən şounun nə ilə bitəcəyi barəsində konkret fikir söyləmək heç də çətin olmayacaqdır.

Bir neçə il bundan əvvəl baş verənlərin üzərinə qayıdır və İlham Əliyevdən soruşuram.Fizuli Ələkbərov, qudalar Ziya Məmmədov  və Heydər Əsədov (kənd təsərüfatı naziri kimi təkcə pambıqla bağlı ölkəyə və insanlara vurulmuş ziyana görə İlham Əliyevlə bir qandalla birləşdirərək uzun müddətə daş karxanalarından birinə göndərilməsinə kifayət olduğumdan da artıq sübutlar mövcuddur), Eldar Məhmudov, Fazil Məmmədov və onun bacısı oğlu,(Binəqədinin sabiq icra başçısı) Səlim Müslümov, Əli Həsənov ( keçmiş qaçqınkom), oğurluqları və talanları sübuta yetirilmiş saysız-hesabsız  digər vəzifədən uzaqlaşdırınlanlar nə vaxt və kim tərəfindən məsuliyyətə alınacaqlar. Niyə indi bu hərəkətlər olunmur? Hazırda türmələrdə çürüdülənlərin 80% – ə yaxını günahsızdır. Onlardan bir hissəsi kimlərinsə sifarişi ilə (Ziya Bunyadovun, Afyəddin Cəlilovun, Şəmsi Rəhimovun qatilləri kimi içəri atılanlar da bu sıradandırlar).

        Yardımlıdan Hüseynovlar ailəsinin dörd üzvü və onların bir dostu 23 fevral 2018 – ci ildən etibarən Rüstəm Usubov göştərişi əsasında Qurban Səfərov tərəfindən türməyə basılmışdır.İstintaq materialları ictimaiyyətin nüfuzlu mütəxəssislərindən ibarət müstəqil qrup tərəfindən təhlil olunmuş və işin sifarişli, adamların tamamilə günahsız olduğu  müəyyənləşdirilmişdir .

        Sənədlər son ümid yeri kimi İlham Əliyevə( hüquq mühafizə orqanların baş alverçisi Fuad Ələsgərovdan o tərəfə keçə bilməmişdir), Lənkaran ağır cinayət məhkəməsinə, Fikrət Məmmədova göndərilmiş, internetdə dərc olunaraq ictimailəşdirilmişdir.

       Respublikada bununla maraqlanmalı olan vəzifələr görəsən nəyə görə kar və kordular?

       Böyük bir zəhmətkeş ailənin taleyi ilə kim maraqlanmalıdır?

       Cavabı İlham Əliyev verməlidir. Zakir Qaralov, Rüstəm Usubov, Qurban Səfərov və o dəstədən olan digərləri nə zaman etdiklərinə görə qanun qarşısında cavab verəcəklər ?Cəmiyyətdə artıq bu ağır cinayətkarların da İlham Əliyevin kölgəsinə sığınaraq cəzasız qalacaqları ilə bağlı fikir formalaşdırılır.

       İlham Əliyev, mən şəxsən Siz bir prezident olaraq öz vəzifəsinin öhdəsindən gələ bilmədiyiniz, prokurorluqda, məhkəmələrdə, polisdə , DTX – də,  korrupsioner və rüşvətxorları yerləşdirdiyiniz üçün 30 yanvar 2018 – ci ildən etibarən səfil həyatı yaşamağa məcburam. Zakir Fərəcov Sumqayıt şəhəri, 17-ci mikrarayon ərazisində yaşadığım evin qapısının ağzını zəbt edərək 400 kv. torpaq sahəsi  üzərində ikimərtəbəli bima tikdirmiş, orada kurslar təşkil etmişdir.

      Polis, prokurorluq, məhkəmələr ondan çəkilir və açıq etiraf edirlər ki, Xızı ərazisində silahlı birləşmə ( Lahıcdan gətirilmişdir) saxlayır və Hacı Məmmədov sayağı hesablaşmalar aparırlar.

     Mən bu ifadəni ilk dəfə Sizin aparatınızda Zeynal Nəqdəliyevin qəbuluna yazılanda eşitmişəm.

     Zeynal Nəqtəliyevin adından qəbulu üç nəfər küçədən gətirilmiş,qəbul barəsində təsəvvürü belə olmayan adamlar  aparırdılar.

     İlham Əliyev kimi prezidentin bundan artıq aparatının ola bilməyəcəyi barəsində nəticəyə gəldiyim üçün çıxıb gedərkən, mənim bərk əsəbləşdiyimi görmüş bir nəfər yaxınlaşdı və Zakir Fərəcovun adının hallandırılmasının məsləhət olmadığını söyləməklə yuxarıdakını bildirdi. Onun əvəzinə Bəylər Eyyubovun qarşısında hesab çürüdüləcəyinə işarə vurdu.

     İlham Əliyev bir qərəssiz Azərbaycan vətəndaşı olaraq bir incə məsələyə də Sizin diqqətinizin yönəldilməsi məqamının yetişdiyini bildirirəm.

     Heydar Əliyev Azərbaycanda ən uzunmüddətli hökmdar olmuşdur. Ona görə də onunla bağlı tarixin arxivində və insanların yaddaşında yüz minlərlə cavabını tapmamış suallar vardır.

     Hazırki tarixi anda Siz hakimiyyətə varisliklə gəldiyiniz üçün həmin çox mürəkkəb, ziddiyyətli sualları da cavablandırmaq məcburiyyətindəsiniz. Yekun etibarı ilə bütün bunlar sizi bitirəcəkdir.

     Buyur cənab Əliyev bu Sizin prezidentliyiniz və onun məntiqi sonu.

     Qaçın və canınızı qurtarın. Artıq hesab günlərlə gedir.

Gecikməyin.

Oxucularına hədsiz sevgi və dərin minnətdarlıqla,

Tahir Babayev (+99450 331 58 11)

 13.08.2020

Bunu paylaş: