İlham Əliyev bizə “London taxı” yox, Londondakı yaşayış tərzini gətir.

İlham Əliyev bu gün “London taksisi “adında olan taksilərin 120 ədədinin Azərbaycana gətirilməsinin açılışında iştirak etmişdir. Bir prezidentin taksi açılışında iştirak etməsi gülünc sayılır. Xalqın min dərdi düzəlmiş kimi, bir taksisi çatmırdı,- desək, yanılmarıq. Bu taksilərin qiymətinin 100.000 euro olduğu bildirilir. Demək olar ki, taksilərin hər biri bir ev qiymətindədir. 120 taksini almaqdansa, bir ev alaraq şəhid ailələri və imkansız ailələrə payladığını görmək istərdik. İndiki vaxtda xalqın bir qarın yeməyə ehtiyacı var, taksiyə yox. Ac xalqın London taksisi nəyinə gərək?!

İmza; Mikayil Əsədov.

Bunu paylaş: