Ilham Əliyev ve Zakir Həsənov buyurun meydana

Azərbaycan hakimiyyətinin son zamanlar ATƏT-in Minsk qrupuna hücum etməsinin arxasında nə durur- Söhbət Dağlıq Qarabağ və 7 rayonla bağlı danışıqların bir nəticə verməməsidir.O vaxtkı Heydər Əliyev hakimiyyəti Dağlıq Qarabağa dair danışıqların mənasız olduğunu çox gözəl anladığı halda,niyə bunu qəbul etmişdir?Artiq 25 ildən çoxdur ki, heç bir nətiçə əldə olunmamışdır. Ən maraqlisi isə torpaqlarımızın işğalında əvəzsiz rolu olan Rusiyanı da bu işlərdə həlledici kimi qəbul etmək idi.Bəs niyə İlham Əliyev ATƏT-in Minsk qrupundan narazıdır ,söhbət indiki vəziyyətdə Ermənistanın Azətbaycana hücum etməsını siğortalamaqdır. Artıq illərdir ki, Ali baş komandan İlham Əliyev ve Müdafiə naziri Zakir Həsənov Azərbaycanın müharibəyə hazır olduğunu və bütün torpaqları geri almaq imkanında olduğunu dəfələrlə söyləmişlər.Bu gün isə Ermənistanın Azərbaycanı açiq müharibəyə çağırması və bizim hakimiyyətin isə meydandan qacmasının şahidi oluruq. Bu səbəbdən də hakimiyyət beynəlxalq qurumlara şikayət etməkdə davam edir. Bu işlərin arxasında isə İlham Əliyev bununla öz hakimiyyətinin ömrünü uzatmağa çalışır.

İmza; Mikayıl Əsədov.

Bunu paylaş: