Humanizm pərdəsi altında nələr olur?

Bu gün söhbət açacağım mövzu üç gün öncə işğalçı Ermənistan tərəfindən işğal edilən Qarabağda antiterror əməliyyatı zamanı ələ keçirilən erməni qadın haqqındadır. Sözdə mülkü olan lakin əslində isə hərbiçi olduğu sonradan ortaya çıxan qadın əslində, Azərbaycan əlehinə çağırışlarda, çıxışlarda iştirak edən Aznif Baqdasaryandır. Aznif Baqdasaryan kimdir və harada yaşayacaq?

Bildiyiniz kimi 27 sentyabrdan etibarən Azərbaycan qoşunları 30 ildir işğal altında olan əzəli torpaqlarımız olan Qarabağda antiterror və təmizləmə əməliyyatları keçirir. Əməliyyatlar zamanı ordumuz beynəlxalq humanitar hüququn qanunlarını (Cenevrə konvensiyasını) riayət edərək və rəhbər tutaraq mülki və hərbi əsirlərlə xoş davranmış, heç bir təzyiq göstərməmişdir.

Ələ keçirilən Aznif Baqdasaryan adlı qadının əslində hərbiçi olduğunu bilən Azərbaycan höküməti nə üçün bu gün Aznif Baqdasaryana hərbi cinayət işi açmaq əvəzinə humanist davranır, bu, hansı ağlın məhsuludur? Və nəyə lazımdır erməni hərbiçi qadınını Azərbaycan xalqına humanizm və sülh pərdəsi altında sırımaq? Məgər bugün humanist davranan Azərbaycan höküməti şəhid düşən xalqın övladlarını heç düşünmürmü? Azərbaycan höküməti belə tez unutdumu 1-ci Qarabağ müharibəsində ermənilərin Xocalıda, Laçında, Xankəndində və digər rayonlarda vərəndaşlarımızın başına açdığı oyunları, qətlə yetirilmələrini. Bəlkə siz hökümət nümayəndələri ermənilərin Azərbaycan xalqınının başına açdıqları müsibətləri unuda bilərsiniz, lakin Azərbaycan xalqı və mən bir vətəndaş olaraq heç zaman unutmadım, unutmaram!

Bütün hakimiyyətlər keçicidir, lakin xalq hər zaman var və var olacaqdır! Unutmayaq ki, dövləti dövlət edən xalqdır! Xalqın heysiyyatı ilə oynamayın!

Sonda deyəcəyim və tələbim: Aznif Baqdasaryanın hərbi məhkəmə önünə çıxarlıması və mühakimə olunaraq, cəzasını almasıdır!

Ey hökümət, siz, Bakıda Aznif Baqdasaryana paxlava çay verərək qulluğunda durarkən, cəbhədə şücaətli, mərd Azərbaycan ordusu düşmən tapdağı altında olan Qarabağımız uğrunda ölüm-dirim savaşı verir! Unutmayaq ki bu günlərdə hakimiyyət və xalq birlik, bərabərlik göstərərək bir birinə dəstək olmalıdır!

Yaşasın müzəffər Azərbaycan ordusu! Qələbə bizimlədir və bizimlə olacaq!

Əziz Əzizli.

Bunu paylaş: